Icma.az
close
up
RU
Seriya uzanır, vaxt qısalır “Sumqayıt” üçün SOS!

Seriya uzanır, vaxt qısalır “Sumqayıt” üçün SOS!

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə”yə məğlub olub – 0:3.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşə azarkeş marağı az idi. Matç gözlənildiyi kimi “Zirə”nin təzyiqi ilə başladı. Erkən qol axtarışında olan “qartallar” istəyinə 14-cü dəqiqədə çatdı. Rafael Utziq cinahdan ötürməni qolla tamamladı. “Sumqayıt” qoldan sonra irəli atılıb, hesabı bərabərləşdirməyə çalışsa da, top itkiləri kəsərli hücumlara mane oldu. Xüsusilə, yarımmüdafiəni keçməkdə çətinlik çəkən “kimyaçılar” fasiləyə qədər daha bir qol buraxdı. Demək olar, bununla da “Sumqayıt”ın müqaviməti qırıldı.

İkinci hissədə oyuna nəzarəti saxlayan və müdafiə planında etibarlı oynayan “qartallar” əsas diqqəti əks-hücuma bağlamışdı. Ara-sıra rəqib qapısına təhlükəli yaxınlaşan “Zirə” mövsümün ən yaxşı formada olanlarından Salifu Sumanın qolu ilə fərqi daha da artırdı və bu, matçda sonuncu qol oldu. “Sumqayıt” görüş ərzində demək olar, ciddi təhlükə yarada bilmədi. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv artıq 8 oyundur, qol vura bilmir. Ardıcıl xal itkiləri komandanı autsayderlərə yaxınlaşdırıb, buna baxmayaraq, Cavadov ümidlidir.

Oyunsonrası konfransda komandasının oyunundan razı qaldığını deyən mütəxəssis pozitivdir. “Sumqayıt”ı qarşıda “Neftçi”, “Sabah”, “Qarabağ”la ağır oyunlar gözləyir. Məğlubiyyətlər komandanı daha çətin duruma sala bilər. Görünür, Cavadov bunun fərqində deyil və ya rəqiblərin daha keyfiyyətli olması məğlubiyyətlərə görə çox qınanmayacağını düşünür. Uğursuz nəticələr artıq azarkeşləri də təngə gətirib. Matçın sonlarına yaxın azsaylı “Sumqayıt” fanatları narazılıq ifadə edir, komandanın əleyhinə şüarlar səsləndirirdilər.

Gedişat yaxşı görünmür və qolsuzluq, qələbəsiz seriyası davam etdikcə, Cavadovun “Sumqayıt”dakı günləri qısalacaq. Yaxın keçmişdə belaruslu mütəxəssis Aleksey Baqa da “kimyaçılar”la belə uğursuz seriya yaxalamış və yekunda istefaya göndərilmişdi. Cavadov həll yolu tapmalıdır. Əks halda, onun da “Sumqayıt” karyerası çox çəkməyəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri