Sumqayıt yenidən qara tüstüyə bürünüb Ekoloqdan SOS
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıtlılar yenə də zəhərli havanın ağırlığı altındadır. Sosial şəbəkələrdə Sumqayıt Polietilen zavodundan havaya qap-qara tüstü buraxıldığını əks etdirən görüntülər yayılıb. SumqayıtTV loqosu altında yayımlanan görüntülərdə qeyd olunur ki sumqayıtlılar hər gün zəhərli tüstünün havaya yayıldığını izləyir və təbii ki bu hava onların nəfəs borusuna, ciyərlərinə dolur.
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, müəssisədə hansı proseslər aparıldığı müəmmalıdır, amma ətraf mühitə dəyən ziyan göz önündədir:
- Prosesin özü ətraf mühitə, təbiətə həddindən artıq ziyan vurur. Təmizləmə qurğuları, görünür, normal işləmir, ya da ümumiyyətlə yoxdur. Bu şəraitdə zavod dərhal bağlanmalı, fəaliyyəti dayandırılmalıdır. Məsələ ilə bağlı Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə müraciət olunmalıdır. Təcili tədbir görülməlidir. Təmizləyici qurğuların normal fəaliyyəti təmin edilənədək zavod işləməməlidir. Əgər bu vəziyyətdə fəaliyyətlərini davam etdirirlərsə, cərimə olunmalıdırlar. Bu tüstü atmosferə vurulan ciddi ziyandır. Bunun qarşısı mütləq alınmalıdır.
P.S.
Belə bir rəsmi məlumat var: “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən 2016-cı ildən etibarən “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun “EP-300” qurğusunda modernizasiya işlərinə start verilib. Modernizasiya və rekonstruksiya işləri nəticəsində illik istehsal həcmləri etilen üçün 190 min tona, propilen üçün isə 187 min tona çatdırılıb”.
Bu məlumat həqiqətən də havaya zəhərli tüstü buraxan Sumqayıtdakı Polietilen zavoduna aiddirsə, deməli, istehsal həcmi artırılıb, məhsul istehsalı artıb, amma bunun müqabilində sumqayıtlıların havasının təmizliyi nəzərə alınmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















