Sərkisyanın partiyası Vaşinqton sazişinə qarşı çıxdı
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Ermənistanın Respublika Partiyası Vaşinqtonda imzalanan sənədlə bağlı bəyanat yayıb.
Bakupost.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Bəyanatda qeyd edilir ki, imzalanan sənəd kapitulyasiya xarakteri daşıyır və Ermənistanın maraqlarını nəzərə almır.
Partiya iddia edib ki, memorandum Artsaxda "etnik təmizləmə"ləri legitimləşdirir, erməni əsirlərin azad edilməsini nəzərdə tutmur, ölkənin təhlükəsizliyinə zəmanət vermir və erməniləri geri qayıtmaq hüququndan məhrum edir. Xüsusi narazılığa səbəb isə ATƏT-in Minsk qrupunun faktiki olaraq buraxılmasına razılıq olub.
Bəyanatda vurğulanır ki, hazırkı hakimiyyətin birtərəfli güzəştlər kursu Ermənistanın suverenliyini və hərbi-siyasi tarazlığını sarsıdır, onun təhlükəsizliyini təhdid edir:
"Partiya bütün erməni əsirlərinin prioritet olaraq azad edilməsini, Azərbaycan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını, ermənilərin geri qayıtmaq hüququnun təsbit edilməsini və beynəlxalq səviyyədə tanınmış təhlükəsizlik zəmanətlərinin əldə olunmasını tələb edir".
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















