Icma.az
close
up
RU
Sərkisyanın baş tutmayan planı

Sərkisyanın baş tutmayan planı

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb. Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir. Ermənistan türkmən qazını hələ 2017-ci ildə - Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi. Ancaq bu məsələ İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb.
Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət məsələsi müzakirə mövzusudur. Əslində Paşinyan hökuməti elə Sarkiyanın vaxtilə problem yaşadığı yerdə ilişib. İrana bu cür tranzit sərf etsə də istədiyi məbləği ala bilmir. Rəsmi Tehran hər dəfə bu məsələ gündəmə gələndə kifayət qədər yüksək məbləğ tələb edir, İrəvan isə bunu ödəmək istəmir. Nikol Paşinyanın isə buna rəğmən anidən " türkmən qazı " sevdasına düşməsi ciddi suallar doğurur. Əslində, gözlənən məsələ beləydiki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra İrəvan təbii qazı Bakıdan alsın.
Ancaq Ermənistanda bununla bağlı ciddi narazılıq var idi. İrəvanda belə düşünürlər ki, bu ölkənin Azərbaycandan asılacağını gücləndirəcək. Buna görə Paşinyan Sarkiyanın " komada olan " planını yenidən diriltməyə çalışır. Ancaq istənilən halda, Paşinyanın bu istəyinin reallaşmasında ciddi əngəllər var. Ermənistan hökuməti düşünür ki, İran və Gürcüstan ərazisini tranzit kimi istifadə etməklə Qara dəniz istiqamətindən Avropaya qaz nəql edə bilər. Bu isə prosesdə iştirak edən ölkələrə problem yaradır. . Birinci növbədə İrəvanın təklif etdiyi marşrut xeyli uzundur. İran tranzit ölkə kimi kifayət qədər yüksək məbləğ tələb edir. İkinci bir məsələ İranın bu marşrut üçün nə qədər təhlükəsiz ərazisi ölkə olmasıdır. Nüvə məsələsinə görə son zamanlar Tehranın Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsini nəzərə alsaq Avropanın öz enerji təhlükəsizliyində İranın iştirakına icazə verəcəyi inandırıcı deyil. Ermənistanın niyyəti açıq şəkildə Bakı ilə Aşqabad arasında 2021 - ci ildə əldə edilən razılaşmanı pozmaqdır. Həmən razılaşmaya əsasən türkmən qazını Avropaya Azərbaycan nəql etməli idi. Lakin 2024 - cü ildə qiymət məsələsində anlaşılmazlıq yarandı. Rəsmi Bakının prosesə tez bir zamanda mane olub təşəbbüs ələ almaq imkanı kifayət qədər yüksəkdir.
Nəzərə alaq ki, Azərbaycanın təbii qazı nəql etmək üçün infraksturu var. Rəsmi Bakı tez bir zamanda işi başlada bilər. Həmçinin, Azərbaycanın təklif etdiyi marşrut xətti daha təhlükəsiz və etibarlı olduğu üçün Avropa üçün daha cəzbedici görünür. Daha bir önəmli məqam isə ölkəmizin tranzit xəttində aparıcı rol oynayacaq Gürcüstanın özündə təbii qaz məsələsində hakim mövqeyə malik olmasıdır. Bakı və Tiflis arasında bu məsələ ilə bağlı təmaslar İrəvanın arzusunu ürəyində qoya bilər. Uzun sözün qısası, Paşinyan yenidən ölkəsinə xəyal qırıqlığı yaşatmaq istəyir. Onun da " qaz sevdası " nın sələfi Sarkisyanda olduğu kimi Qara dənizin qara sularına qərq olacağı gözləniləndir.
Zeynal Əmrəliyev, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri