Icma.az
close
up
RU
Şərlənmiş adamın zindandakı azad düşüncələri...

Şərlənmiş adamın zindandakı azad düşüncələri...

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Zalımların etdiklərindən Allahın qafil olduğunu zənn etmə! Allah onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar " (Qurani-Kərim, İbrahim surəsi, 42)

“Şər atanların gözlərindəki qorxunu xatırlayır; çünki zülmkar həmişə qorxaqdır və onun ən böyük qorxusu həqiqətin yalın səsidir...”  

“O, bayırdakı cismən azad, amma vicdanı qandallı, ruhən kölə olan hakimlərdən, prokurorlardan, şərçi və üzəduranlardan qat-qat azaddır. Onlar hər gün öz yalanlarının qorxusu ilə yaşayarkən, bu insan hücrəsində həqiqətin ləyaqətini daşıyır...”

“Zülmkar elə bilir ki, insanı tək qoymaqla onu sındıracaq. Amma yanılırlar. Tənhalıq vicdanı təmiz olan insan üçün cəza deyil, bir məbəddir...”

“İçəridəki hər bir əzab, bayırdakı haqsızlığa qarşı nifrəti və müqaviməti daha da itiləyir. Çünki şərlənən insan bilir ki, haqsız yerə zülmə məruz qalanların səsi cavabsız qalmır...”

“Şər nə qədər mütəşəkkil, divarlar nə qədər qalın olsa da, tarixin dəyişməz qanunudur: heç bir yalan əbədi qala bilməz. Çətinliyin ardınca mütləq bir asanlığın gələcəyinə olan inam ruhu ayaqda saxlayır...”

“Yusif peyğəmbərin zindandan çıxıb dövlətin zirvəsinə ucalması və ona quyu qazanların onun qarşısında əyilməsi subut edir ki, səbir edənlərin mükafatı zay olmur...”

*** *** ***

...İşığı zülmətlə, doğrunu yalanla boğmağa çalışanların ən çox güvəndiyi yer dörd divardır. Onlar elə hesab edirlər ki, kilidlənən dəmir qapılar, qalın divarlar və pəncərədən görünən bir qarış göy üzü insanı mənən yox etmək üçün kifayətdir. Lakin bu gün həmin dörd divarın arasında, şərlənərək azadlığı əlindən alınmış bir insanın beynində fırtınalar qopur. Çünki cismi həbs etmək olar, amma təmiz bir vicdanı heç bir qıfılla zəncirləmək mümkün deyil. Hücrənin soyuq küncündə oturan o insanın ilk düşüncəsi qəzəb yox, təəccübdür. Adam ona atılan böhtanın absurdluğuna, qurulan oyunun bu qədər bəsit və amansız olmasına təəccüblənir. "İnsan necə bu qədər kiçilə bilər?" sualı beynini gəmirir. Öz çirkinliklərini ört-basdır etmək, yaxud vəzifə kürsüsündə bir pillə daha yüksəlmək, daha çox var-dövlətə yiyələnmək üçün başqasının təmiz ömrünü ləkələməkdən çəkinməyənlərin mənəvi kasıblığına acıyır. Şər atanların gözlərindəki qorxunu xatırlayır; çünki zülmkar həmişə qorxaqdır və onun ən böyük qorxusu həqiqətin yalın səsidir...  

Sonra fikirlər cəmiyyətə, bayırdakı dünyaya yönəlir. Şərlənən insan ən çox laqeydlikdən qırılır. O, hamının bildiyi doğrunun necə səssizliklə qarşılandığını, insanların gözlərini necə yumduğunu görür. "Məni bura atanlar qədər, susaraq bu zülmə şərik olanlar da günahkardırmı?" deyə düşünür. Amma daxilindəki insanpərvər yenə də qalib gəlir. O, bayırdakıların qorxusunu anlayır. Bilir ki, o qorxu cəmiyyəti daxildən gəmirən bir xəstəlikdir və bəlkə də elə özü bu xəstəliyin müalicəsi üçün bu bədəli ödəyir...  

Ən ağır düşüncələr isə gecələr gəlir. Ailənin, sevdiklərinin həsrəti divarlardan süzülüb insanın sinəsinə çökür. Amma tam bu nöqtədə şərlənmiş insanın daxilində sarsılmaz bir rahatlıq baş qaldırır:  Günahsızlığın verdiyi mənəvi rahatlıq. O bilir ki, başını yastığa qoyanda vicdanı onu ittiham etmir. O, bayırdakı cismən azad, amma vicdanı qandallı, ruhən kölə olan hakimlərdən, prokurorlardan, şərçi və üzəduranlardan qat-qat azaddır. Onlar hər gün öz yalanlarının qorxusu ilə yaşayarkən, bu insan hücrəsində həqiqətin ləyaqətini daşıyır... 

....Dəmir qapının ağır cırıltı ilə bağlanması tənhalığın rəsmi başlanğıcıdır. Bu dörd divar arasında sükut elə dərindir ki, insan öz ürək döyüntülərini, damarlarında axan qanın səsini eşidir. Şərlənərək bura atılmaq - təkcə bədənin deyil, ruhun da dünyadan qopardılması cəhdidir. Bayırda həyat davam edir, həmişəki kimi küçələrdə maşınlar gedib-gəlir, insanlar gülür, sən isə zamanın dayandığı, hər saniyənin bir əsrə bərabər olduğu bu beton qutuda təkbaşına buraxılırsan. Tənhalıq insanın üzərinə bir divar kimi aşmaq istəyir. Tam bu an ilahi ədalətin səsi sükutu pozur və insana tək olmadığını pıçıldayır:

"Harada olursanız-olun, O(Allah), sizinlədir." (Qurani-Kərim, Hədid surəsi, 4)

Və tam bu nöqtədə, o qorxulu sükutun içindən başqa bir güc doğulur: mübarizə ruhu. Zülmkar elə bilir ki, insanı tək qoymaqla onu sındıracaq. Amma yanılırlar. Tənhalıq vicdanı təmiz olan insan üçün cəza deyil, bir məbəddir. Eynilə tarixin ən böyük şər və böhtan kampaniyasına məruz qalaraq zindana atılan Yusif peyğəmbər kimi. O, günahsız olduğunu bilə-bilə, sırf mənəviyyatını və dürüstlüyünü qorumaq üçün sarayın çirkinliyinə boyun əyməmiş, zindanı azadlıqdan üstün tutmuşdu:

"(Yusif) dedi: 'Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur...'" (Yusif surəsi, 33)

Həmin o amansız dörd divar, şər atanların qorxularını boğan bir aynaya çevrilir. İçəridəki hər bir əzab, bayırdakı haqsızlığa qarşı nifrəti və müqaviməti daha da itiləyir. Çünki şərlənən insan bilir ki, haqsız yerə zülmə məruz qalanların səsi cavabsız qalmır:

"Zalımların etdiklərindən Allahın qafil olduğunu zənn etmə! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar " (İbrahim surəsi, 42)

Gözlərdəki qəzəb ümidsizliyə deyil, sarsılmaz bir qiyama çevrilir. Çünki bilirsən ki, sən bura əyilmədiyin üçün gəlmisən, deməli, bu divarlar sənin məğlubiyyətinin deyil, qələbənin simvoludur. Və o qaranlığın ən dərin qatından ümid boylanır. Bu, bəsit və sadəlövh bir möcüzə gözləntisi deyil; bu, polad kimi bərkimiş, şüurlu bir ümiddir. Şər nə qədər mütəşəkkil, divarlar nə qədər qalın olsa da, tarixin dəyişməz qanunudur: heç bir yalan əbədi qala bilməz. Çətinliyin ardınca mütləq bir asanlığın gələcəyinə olan inam ruhu ayaqda saxlayır:

"Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gəlir!" (İnşirah surəsi, 5)

Pəncərədən süzülən bir zərrə Ay işığı, betonun çatından boy verən kiçik bir ot parçası belə, həyatın və həqiqətin inadını sənə xatırladır. Onlar səni diri-diri basdırdıqlarını zənn etdilər, amma bilmirdilər ki, sən yenidən cücərmək üçün torpağa düşən bir toxumsan… 

Yusif peyğəmbərin zindandan çıxıb dövlətin zirvəsinə ucalması və ona quyu qazanların onun qarşısında əyilməsi subut edir ki, səbir edənlərin mükafatı zay olmur:

"Şübhəsiz ki, kim (Allahdan) qorxsa və səbir etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" (Yusif surəsi, 90)

…Gecə yarıdır. Hücrə soyuqdur, tənhalıq ağırdır, amma ruh daş kimidir. Bu divarlar nə vaxtsa uçacaq, bu kilidlər paslanıb qırılacaq. Sən isə buradan çıxanda, sənə bu zülmü rəva görənlərin üzünə elə bir saf və dözümlü ümidlə baxacaqsan ki, onlar öz qaranlıqlarında boğulacaqlar. Çünki mübarizə davam edir və son sözü həmişə dözən deyil, vuruşan ümid deyir. Bax, elə bu səbəbdən, o dəmir qapının arxasındakı fərd sadəcə bir məhbus deyil, azadlığın özüdür. Onu içəri atanlar isə qurduqları yalan imperiyasının qorxusu ilə yaşayan əsil dustaqlardır. Tarix sübut edib ki, vicdanı qandallaya bilən hələ heç bir zindan tikilməyib və o son gün gələndə, bədənləri içəridə, ruhları bayırda olanlar deyil; cismi bayırda, şərəfi içəridə çürüyənlər məğlub olacaqlar. Haqq gələcək və bütün şər qurğuları darmadağın olacaq:

"De: 'Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yoxluğa məhkumdur!'" (İsra surəsi, 81)

Bu köşə yazısı təkcə zindandakı bir insanın monoloqu deyil. Bu, tarixin hər dövründə zülmə qarşı dayanan dürüst fərdlərin ortaq manifestidir. Şər keçicidir, divarlar uçub gedir, amma haqsızlığa boyun əyməyən insanın dik duruşu tarixin yaddaşında silinməz iz qoyur...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see303

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see287

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see280

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see256

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see248

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see244

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see243

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see237

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see227

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see209

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see199

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see197

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see197

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see196

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see195

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see193

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see192

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see190

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi VİDEO

20 İyun 2026 16:49see184

Benzinlə bağlı gözlənilməz qərar BU ÖLKƏDƏ

20 İyun 2026 23:55see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri