Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Tovuz düşüncələri... Əkbər Qoşalının məqaləsi

Tovuz düşüncələri... Əkbər Qoşalının məqaləsi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Axşam düşür, şər qarışır. Belə vaxtlar hər yerdə qərib bir kövrəklik duyar insanoğlu; gur şəhərlərdən, nə bilim, işıqlı iş yerlərindən fərqli olaraq, köydə bir başqa cür – daha təsirli, daha içdən olur axşam düşümü – sanki səni qaçhaqaçdan sıyırıb, hoydu-hoydudan çəkib saxlayır, özünəgəlməyə çağırır, toxtamağa vadar edir…

Bir anlıq, adama elə gəlir bir sənsən, bir doğma köyün, bir də göyün üzü… Dərin bir nəfəs, ani sükut doğma torpağın qoxusunu hiss etməyə cəlb edir, belə demək olarsa, zamanın toxunulmazlığını xatırladır sənə…

Doğulduğun, böyüdüyün, yerlə-göylə ilk tanışdığın eldə olmaq – yalnız bir coğrafi geridönüş deyil, həm də ruhun (ruh halının) öz başlanğıcına qayıdışı kimidir.

Həyatımın ən uzun, incə yolu buradan başlayır; sanki Tovuzdan ayağa qalxıb yola çıxmağım dünyanı kəşf etməyə, öz dünyamı qurmağa yönəlibmiş. Bəlkə, əslində heç getməmişəm, yolun özü mənim içimdədir, nə bilim. Tovuzlu şair Niyaz Nəsir bir vaxtlar necə deyirdi? –

Bu dünyada ən uzun yol
Kəndimizdən başlayır,
Hara gedir heç bilmirəm,
Kürəyimdə daşlanır…

O illər… Göyçəli Alqayıtın evdə, qonşuda, məhlədə maqnitafonlarda səslənən ilginc ifaları, daha öncəki vaxtlar Borsunlu Məzahir Daşqının şeirləri yazılmış dəftər vərəqlərinin əl-əl dolaşması, radio dalğalarında güclə tutduğumuz Təbriz radiosu, Şəhriyarın öz səsi ilə ürəkdən oxuduğu şeirlər – bunlar o uşaqlıq, qismən yeniyetməlik çağlarımdakı ruh çiçəklənmələri kimi gəlirdi mənə… Hər tərəfdən plan-proqramlı yad səslər, yad adlar bizi əhatə etmişkən, bu doğma səslər bizə o qədər, o qədər yaxın idi ki! Ən əsası, Tovuzun aşıqları, onların möhtəşəm ifalarının ahəngi bizi zamanın sərt küləklərindən, sovet ideologiyasının təhtəlşüurla hiss etdiyimiz boğucu ağırlığından qoruyurdu sanki… Hələ-hələ Mikayıl Azaflının şeirlərində, Alakollu İdrisin, Səlim Sinədəftərin və b.-nın gizli yayılan şeirlərində, Aşıq İmran ilə Aşıq Əkbərin möhtəşəm duetlərində, Aşıq Əlixanın zilə qalxmalarında ecaz vardı, adiliyə, yadlığa, qırmızı qaramata poetik üsyan vardı…

Toylarda, yas yerlərində “Siyahı” dəftərlərində insanlar ad və ata adı ilə qeyd edilirdi, “ov/yev” sonluğu ilə yazılmırdı, xatırlayıram; yenə elədir. “Qəbirüstü” mərasimlərində də hakim (yad) ideologiya işləmirdi. Yaxşı xatırlayıram; qadınlar ağılarıyla, kişilər toxtaqlı duruşlarıyla bir başqaydılar o illərdə… Ər-arvad bir-birinin adını çəkməzdi yaxud bu, o qədər nadir, istisna olardı, uşaqlar, yeniyetmələr duymazdı… Yaxşıydımı, yamanıydımı, demirəm; biz belə görmüşdük…

Çox az bir bölümünü xatırlatdığımız bu ilkinliklər, etnoetüdlər, gözəlliklər keçmiş dönəmlərin mədəni, ictimai davranışlarında milli ruhun, yerli gələnəklərin incəliklə qorunmasının ilginc örnəkləriydi. Adicə, “Siyahı” dəftərlərində ad və ata adı ilə qeyd edilmək – formal və rəsmi ideologiyanın sərhədlərindən qıraqda olan, insanlara daha doğma gələn bir yanaşma idi. Bu, insanlar arasında həm sadəliyi, həm də yaxınlığı ifadə edirdi. “Ov/yev” sonluqlarının olmaması sanki məhrəm bir təmasın, milli kimliyin qorunmasının gizli (inersik) bir üsulu idi…

Eyni zamanda, “qəbirüstü” mərasimlərində hakim ideologiyanın iştirak etməməsi, insanların bu məqamlarda öz gələnəklərinə bağlı qaldığının göstəricisiydi. Bu, mədəniyyətin, özəlliklə mənəvi mərasimlərin ideologiyadan asılı olmadığını və onun milli kimliyin əsas dayaqlarından biri olduğunu təsdiqləmirmi?

Nə bilim, belə anılar, sadəcə şəxsi təcrübənin deyil, həm də kollektiv yaddaşın bir bölümüdür hər halda. Onlar keçmişdən gələcəyə uzanan bir körpü rolunu oynayaraq, bizim kimliyimizi anlamaq və qorumaq üçün qiymətbiçilməz bir qaynaq olsa gərək…

Tovuz torpağının, Tovuzun göyüzünün, şenolmuşun haylı-haraylı yaşamının öyrətdiyi bir həqiqət vardır: doğma olan heç vaxt adiləşmir. İlkinliyin, oralardakı hər daşın, hər cığırın, hər bulağın… öz yaddaşı, yaddaşa ötürdükləri vardır. Hər bir insan bu yaddaşın bir hissəsi, davamıdır. Qırx il öncəsindəkiymiş kimi gəzdiyim yollarda, sanki adiləşməyə, hamılaşmağa qarşı yeridiyimi anlayıram. İnsanoğlu öz keçmişini, ilkinliyini nə qədər çox xatırlayırsa, bir o qədər yeniliklərə dayaq ola bilir – deyir arif.

Zaman sürətlə dəyişir, amma dəyişmək adiləşmək deyil. Dəyişimin özü belə qədim bir yaddaşın daşıyıcısıdır, yəqin. Hər nə qədər texnologiya bizi irəliyə aparırsa, çağırırsa da, keçmişin səsi, nəfəsi olmadan gələcəyin anlamı yarım-yapalaq qalır. Hərdən mənə elə gəlir, köyümüz, köyümüzün göyüzü zamandankənar bir öyrətim ocağıdır, Günəşin gündüz, Ayın gecə, Yeddibulağınsa günün hər vaxtındakı dərsləridir…

Kültür dediyimiz o görünməz qut bağ, əslində, zaman və məkan arasındakı körpüdür. Bunu hiss edə bilən hər kəs üçün ilk ayaq açdığımız, göyüzünə ilk baxdığımız yer, yalnız coğrafi bir məkan deyil, bir mənəvi ana bətnidir…

İlahi, nə qədər və necə sürətlə dəyişir bu dünya, elə biz də… Amma yaşın-başın bəsbəlli bir çağında da adiləşməmiş “adilər”, ilkinlər nə gözəl, nə gözəldir!..

Yəqin doğma, saf, ilkin olan elə bir cövhərə sahibdir, o, yalnız bizim deyil, həm də gələcəyin vicdanına aid bir sərvət kimi çıxış edir…

Doğma torpağın hər addımda üzə çıxan həyat həqiqəti, neçə yaşda olsaq da, bizi öz köklərimizə bağlayan, varlığımızın mayası olan ilkin yaddaşdır. Bu yaddaş, keçmişin nəfəsini gələcəyə çatdıraraq, zamanın sərt küləklərinə qarşı dayanmağa və yeni yollar açmağa güc verir.

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Yanvar 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri