Sərnişin taksi sürücüsünü belə boğdu VİDEO
Icma.az bildirir, Manset portalına istinadən.
Nijni Novqorodda bir şəxs taksi sürücüsünə hücum edib.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəni avtomobilin içərisində olan kamera lentə alıb.
Kadrlarda sərnişinin taksi sürücüsünə avtomobili necə idarə etməsini deməyə başladığı, daha sonra kişinin üzünə vuraraq maşından düşməsini xahiş etdiyi görünür. Taksi sürücüsü onun maşını olduğunu deyəndə Nijni Novqorod sakini qışqıraraq kişini vurmağa başlayıb. Bundan sonra o, əli ilə sürücünün ağzını tutaraq sükanı idarə etməyə başlayıb.
Taksi sürücüsü özünü azad etməyə çalışıb, lakin Nijni Novqorod sakini onu boğmağa başlayıb və nəticədə kişi bir neçə saniyə huşunu itirib. Özünə gələndə gördü ki, sərnişin maşından düşüb sürücünün oturacağına yaxınlaşıb. Hücum edən şəxs qışqıraraq sürücünü paltarından tutmağa başlayıb, taksi sürücüsü isə sürətlə qapını bağlayıb və oradan uzaqlaşa bilib.
Sərnişinin sərxoş vəziyyətdə olduğu dəqiqləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Yanvar 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















