Metroda problem: Sərnişinlər düşürüldü AÇIQLAMA
“Əhmədli”-“Dərnəgül” istiqamətində, “28 May” stansiyasında sərnişinlər qatardan düşürülüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, buna səbəb maşinistin qatara texniki baxış keçirilməsi tələbi olub.
“Maşinist qatara sərnişinsiz baxış keçirilməsini tələb etdi. Bu səbəbdən “Əhmədli”-“Dərnəgül” istiqamətində hərəkətdə olan qatar “28 May” stansiyasında bütün sərnişinlər vaqonlardan düşürülüb. Hazırda qatar xəttədir və texniki baxış keçirilir”, deyə B.Məmmədov bildirib.
Baxış sayı:39
Mənbə:https://news24.az