Icma.az
close
up
RU
Sərnişinlər sürücülərdən, sürücülər də şirkətlərdən narazıdır AÇIQLAMA

Sərnişinlər sürücülərdən, sürücülər də şirkətlərdən narazıdır AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda taksi xidmətləri bazarında platformalar tərəfindən tətbiq olunan yüksək komissiya haqları müzakirə mövzusuna çevrilib. Bildirilir ki, bəzi hallarda sürücülərdən 20%-ə qədər komissiya tutulması onların real gəlirlərinə ciddi təsir göstərir. Bu vəziyyət həm sürücülərin qazanc imkanlarını məhdudlaşdırır, həm də xidmət qiymətlərinin formalaşmasına dolayısı ilə təsir edir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu sahədə çalışan şəxslər çox vaxt ağır şərtlər daxilində işləməyə məcbur olurlar. 
"Məsələ ondadır ki, aqreqator şirkətlər, istər yerli, istərsə də xarici, müəyyən öhdəliklər çərçivəsində fəaliyyət göstərmirlər. Onlar daha sərbəst şəkildə, öz daxili qaydaları və idarəetmə prinsipləri ilə işləyirlər və sürücülər də məhz bu qaydalar əsasında fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Hazırda bu sahədə effektiv nəzarət mexanizmi tam formalaşmayıb. Düzdür, bununla bağlı AYNA tərəfindən müəyyən təklif və tələblər irəli sürülür, lakin bunlar kifayət etmir. Problemlər hələ də qalırsa, deməli məsələ tam həll olunmayıb və müəyyən mənada ört-basdır edilib".
Ekspert bildirib ki, bu baxımdan, əsas yanaşma rəqabət prinsiplərinə söykənməlidir. 
"Elə bir mühit formalaşdırılmalıdır ki, həm şirkətlər, həm də avtomobil sahibləri qazansın. Hazırda isə vəziyyət belədir ki, qazanmayan əsas tərəf sürücülərdir. Avtomobil sahibləri və digər iştirakçılar gəlir əldə etsə də, sürücülərin qazancı kifayət qədər olmur və onların gəliri, demək olar ki, təmiz qazanc kimi qiymətləndirilmir. Bu kimi problemlər hələ də həllini tapmamış məsələlər sırasındadır və ciddi dəyişikliklərə ehtiyac var. Ümumiyyətlə, cəmiyyətdə inkişaf üçün daima yenilənmə və dəyişikliklər vacibdir. Rəqabət olmadan inkişaf mümkün deyil. Əks halda, inflyasiya yüksələ, bu da qiymət artımına, o cümlədən taksi xidmətlərinin bahalaşmasına və sürücü çatışmazlığına səbəb ola bilər".
Onun sözlərinə görə, əgər sürücü öz əməyinin qarşılığını ala bilmirsə, bu sahədə işləməyə maraq göstərməyəcək. 
"Bu isə xidmət keyfiyyətinə və ümumi bazara mənfi təsir edəcək. Ona görə də, bu problemlərin həlli üçün yeni, daha effektiv və konseptual yanaşmaların tətbiqi zəruridir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri