Icma.az
close
up
RU
Sərnişinləri bezdirən marşrut avtobusları AYNA ciddi tapşırıq verdi

Sərnişinləri bezdirən marşrut avtobusları AYNA ciddi tapşırıq verdi

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

72 və 145 saylı marşrut avtobuslarından çoxsaylı şikayətlər var. 72 saylı avtobusun dayanacaqda axşamlar saat 8-dən sonra xətdən çıxarıldığı, 145 saylı avtobusun isə yararsız və bərbad vəziyyətdə olması sakinlərin “canını boğazına yığıb”. Uzun müddətdir həll olunmayan problem isə günü-gündən böyüyür.

Görəsən, bu avtobusların aqibəti necə olacaq?

Lent.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 72 saylı marşrut avtobusunun daşıyıcısına bu qaydalara ciddi riayət etmələri barədə tapşırıq verilib. 

“Köhnə Günəşli qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən 72 saylı müntəzəm marşrut xətti üzrə gündəlik 16 avtobus sərnişinlərə xidmət göstərir. Marşrutun sərnişin tələbatı nəzərə alınaraq iş qrafiki saat 06:00-dan saat 20:00-dək müəyyən edilib. Belə ki, “Sədərək” ticarət mərkəzinin iş qrafikinə uyğun olaraq sonuncu avtobus dayanacaqdan saat 20:00-da yola düşür. Marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaları təmin edilməlidir. Daşıyıcıya səlahiyyətində olan marşrut avtobuslarının sürücülərinə bu qaydalara ciddi riayət etmələri barədə tapşırıq verilib. 

Abşeron rayonunun Mehdiabad qəsəbəsini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən 145 saylı marşrut isə bu il müsabiqəyə çıxarılaraq avtobuslar yenilənib. Marşrut üzrə sərnişindaşımaya 7 kiçiktutumlu avtobus cəlb edilib. Avtobuslar arasında interval 15 dəqiqə təşkil edir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri