Icma.az
close
up
RU
AYNA rəhbərliyinin yeniliyi: Yaxud sərnişinləri düşünən olacaqmı?

AYNA rəhbərliyinin yeniliyi: Yaxud sərnişinləri düşünən olacaqmı?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər aktual olan mövzulardan biri də paytaxtda nəqliyyatın hərəkəti ilə bağlı müvafiq qurum- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən irəli sürülən layihələrlə bağlıdır. 

Belə ki, bugünlərdə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə barədə çıxış edib. Qurumun rəhbəri bu sahədə nəzərdə tutulan bir sıra məsələlərə toxunub ki, onların bir qismi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Belə ki, bu gün vətəndaşları düşündürən məsələlər sırasında bir şəhərdəki taksinin digərində xidmət göstərə bilməyəcəyi, yaxud ödənişli hərəkət zonalarının tətbiqidir. Sərnişinlər tərəfindən maraq doğuran məqamlardan biri də vətəndaşa 1 saat vaxt verildikdə digər avtobusdan pulsuz istifadə ilə bağlı gözlənilən yenilikdir. Bu barədə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev çıxışında bildirib: 

“Vətəndaş avtobusa minəndə 50 qəpik ödəyir, sonra digər avtobusa minəndə yenidən 50 qəpik ödəməli olur. Amma əgər vətəndaşa, məsələn, 1 saat vaxt verilsə, onda o, həmin müddət ərzində avtobusdan-avtobusa keçərkən əlavə 50 qəpik ödəməyəcək. Bu da ictimai nəqliyyatı kifayət qədər irəli aparacaq. Biz əslində ilkin mərhələdə bu məsələni həll etmək istəyirik. 

Çünki ümumiyyətlə, avtobus şəbəkəsini quranda, bütün avtobuslar hər yerdən-hər yerə gedə bilmirlər. Biz məcburuq yaşayış məntəqələrində kiçik avtobuslar elə qurulsun ki, Nəqliyyat Mübadilə Mərkəzlərinə daşınsınlar. Oradan isə daha böyük avtobuslarla yerlərə aparılsınlar. Bu, normal bir prosesdir. Avtovağzal özü də belə bir HAB-dır. Necə ki, hamısı oraya daşınır və oradan rayonlara gedir. Şəhərin daxilində də sistem elə olmalıdır”. 

İndi vətəndaşları düşündürən məqam odur ki, hazırda paytaxtda mövcud tıxac şəraitində bir sıra ərazilərdə avobuslar mənzil başına 1 saata ərzində gedib çatmır ki, həmin müddət ərzində avtobusdan-avtobusa keçərkən əlavə 50 qəpik ödəməsinlər. 

Eləcə də burada əsas məqamlardan biri odur ki, Bakının əsasən ətraf ərazilərində fəaliyyət göstərən avtobusların bir çoxunun ödənişi ilə bağlı kart sistemi tətbiq edilməyib. Buna misal olaraq hazırda Xocasən, Sulutəpə, Atyalı kimi ərazilərdən şəhərə daxil olan avtobusları göstərmək olar. Bu istiqamətdə mövcud vəziyyət isə həmin prosesin tətbiqinə imkan vermir. Məhz bu baxımdan öncə həmin avtobuslarda kart ödəniş sisteminin tətbiqinə ehtiyac var. 

Xatırladaq ki, 2018-ci ildən paytaxtda marşrut avtobuslarının kart sisteminə keçidi başlasa da, hələ də ödənişi nağd şəkildə həyata keçirilən avtobuslar kifayət qədərdir. Ötən ilin məlumatına görə, marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. AYNA-nın 2024-cü il üzrə məlumatına görə, ümumilikdə paytaxtda 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. 

Bu dövrdə fəaliyyət göstərən marşrutların 64 faizində nağdsız ödəniş sistemi tətbiq olunub. Deməli, öncə bütün avtobuslarda kart sisteminə keçid təmin olunmalı və bundan sonra AYNA rəhbərliyinin dediyi yeniliklər tətbiq edilməlidir. Əks halda, uduzan sərnişinlər olacaq. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: AYNA Anar Rzayev 1saat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri