Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Seron Stoun 40 yaşdan sonra qadınlar üçün gözəlliyin 2 əsas sirrini AÇIQLADI

Seron Stoun 40 yaşdan sonra qadınlar üçün gözəlliyin 2 əsas sirrini AÇIQLADI

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur aktrisa, yetkin yaşında gözəlliyini və əla fiziki formasını necə qoruduğunu açıqlayıb. Seron Stoun – hər il daha da cazibədar və parlaq görünməyin mümkün olduğunu sübut edən bir nümunədir. Ulduz daha gənc görünməyə çalışmır, əksinə, özünü olduğu kimi qəbul edir və həm bədəninə, həm də ruhuna qayğı göstərməyi seçir.

Lent.az xarici mətbuata istinadla bu 2 əsas üsulu təqdim edir:

40 yaşdan sonra qadın gözəlliyi: nələri nəzərə almaq lazımdır?

Yaş artdıqca qadın orqanizmində bir sıra dəyişikliklər baş verir: metabolizmin sürəti azalır, dəridə yaşlanma əlamətləri görünür, hormonal fon dəyişir. Bu, həm zahiri görünüşə, həm də özünəinam hissinə təsir edə bilər. Lakin bu gün 67 yaşı olan Seron Stoun öz nümunəsində göstərir ki, yetkinlik dövrü - ümidsizlik deyil, özünü daha yaxşı tanımaq və özünə sevgi ilə yanaşmaq üçün yeni bir imkandır. O, üç uşaq böyüdür və aktiv, enerjili, ilhamverici həyat tərzini davam etdirir.

Birinci sirr: su və şüurlu qidalanma

Stounun dəyişməz prinsipi - bol su içmək və sağlam qidalanmaqdır. Aktrisa vurğulayır: heç bir krem bədənin daxilindən gələn qayğını əvəz edə bilməz.

“Mən sözün əsl mənasında su ilə yaşayıram. Çox, həddindən artıq çox su içirəm”.

Yaş artdıqca dəri daha quru olur və su balansı böyük rol oynayır. Yaxşı nəmləndirmə dərinin elastikliyini qoruyur, toksinlərin atılmasını sürətləndirir, daxili orqanların fəaliyyətini və ümumi sağlamlığı yaxşılaşdırır. Qidalanmada isə Seron sadəlik və təbii məhsullar prinsipinə sadiqdir: rasionunda təzə tərəvəzlər, meyvələr, göyərti, yağsız zülal mənbələri və faydalı yağlar var. O, şəkəri, ağ unu və emal olunmuş məhsulları minimuma endirib.

Aktrisa hesab edir ki, dəri sağlamlığı mədənin və bağırsaqların düzgün işləməsindən başlayır, buna görə də həzmdə balansı qorumağa önəm verir.
Sərt pəhrizlər və qadağalar onun yolu deyil. Əsas məsələ – qidaya münasibəti köklü şəkildə dəyişməkdir: yemək yalnız doydurmaq üçün yox, enerji vermək üçün olmalıdır.

İkinci sirr: hərəkət və daxili harmoniya

Onun çiçəklənən görünüşünün ikinci açarı - müntəzəm fiziki aktivlik və özünə sevgi ilə yanaşmaqdır.

Seron idman zalında rekordlar qırmağa can atmır. O, xoş və bədəni yormayan hərəkət növlərini seçir: yoga, üzgüçülük, rəqs, gəzinti və pilates - yəni həm bədəni formada saxlayan, həm də zövq verən fəaliyyətlər. Fiziki aktivlik yalnız bədən formasını yaxşılaşdırmır, həm də dərinin elastikliyini təmin edən kollagen istehsalını artırır. Eyni zamanda stressi azaltmağa kömək edir — bu da gəncliyin əsas düşmənlərindən biridir. Lakin əsl gözəllik daxili iş olmadan mümkün deyil.

Seron vurğulayır ki, özünü və yaşını qəbul edə bilmək çox önəmlidir. Onun fikrincə, yetkinlik – tənəzzül deyil, çiçəklənmə dövrüdür. O, 20 yaşında kimi görünmək istəmir. Əvəzində, həyatının hər mərhələsində özünün ən yaxşı versiyası olmağa çalışır. Məhz bu daxili inam və rahatlıq onun əsas bəzəyidir – qadını həqiqətən cazibədar edən də budur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri