Şeron Stoun bu tarixi şəxsiyyətin qohumu imiş!
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şeron Stoun bu tarixi şəxsiyyətin qohumu imiş!
Amerikalı aktrisa Şeron Stounun Kral Böyük Karl (748-814) ilə qohum olduğu məlum olub.
OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri “PBS” kanalının “Öz köklərini axtarışda” adlı şousuna istinadən xəbər verib.
Analizlər göstərib ki, Böyük Karl 66 yaşlı aktrisanın 38-ci ulu babasıdır.
“Əlbəttə ki, o, tarixdə ən vacib insanlardan biridir və demək olar ki, müasir Avropanı yaratmışdır, dəmir iradəyə malik bir şəxsiyyətdir”, – deyə aparıcı Şeron Stouna bildirib.
Aktrisa bu kəşfdən heyrətə gəlib. O, həmçinin öyrənib ki, onun ulu babası Corc Qreqs İngiltərədən Pensilvaniyaya köç edərək orada mədənçi kimi çalışıb.
Karolinqlər imperiyasının qurucusu, “Avropanın Atası” Böyük Karl, Roma imperiyasının süqutundan sonra Qərbi və Mərkəzi Avropanın böyük hissəsini birləşdirmişdi.
Baxış sayı:75
Bu xəbər 30 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















