Icma.az
close
up
RU
Şəxsiyyətin bütövlüyü

Şəxsiyyətin bütövlüyü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

I MƏQALƏ

Milli ideya

Elə siyasi liderlər vardır ki, onların şəxsiyyəti və fəaliyyəti bütövlük təşkil edir. Ümummilli liderlik bunun ən yüksək və genişmiqyaslı təsdiqidir. Dünya tarixində ümummilli liderlik səviyyəsinə yüksəliş şəxsiyyətin zəkası və həyat tərzinin qarşılıqlı əlaqəsində politoloji dərk edilməyə çalışılmışdır. Burada şəxsiyyətin zəka və intellektual qabiliyyəti həmişə çox ciddi qiymətləndirilmişdir.

Eyni zamanda, siyasi liderliyin inkaredilməz təsdiqi kriteriyaları mövcuddur. Onlar birbaşa fəaliyyətin nəticələri, əldə edilən uğurların məzmunu prizmasında qiymətləndirilir. Lider bu zaman ölümsüzləşə bilər. Əgər onun şəxsiyyəti ilə fəaliyyəti harmoniya təşkil edirsə və millət üçün faydalıdırsa, hər anım günü xüsusi məna kəsb edəcəkdir. Anım günləri bir-birinə bənzəməyəcək. Çünki hər dəfə fəaliyyətinin hansısa cəhəti anım günü üçün aktual olacaq. Onun dərk edilməsi, təhlili və yaddaşlarda qalması ümummilli liderliyin əbədi və faydalı naxışlarından olacaqdır.

Buna görə ümummilli liderlər həm də əbədiyaşar şəxsiyyətlərdir! Onların fəaliyyətinə həm yaşadıqları zamanın işığında, həm də bu gündən baxmaq lazım gəlir. Bu iki yanaşmanın məntiqi sahəsində lideri anmaq onun yaddaşdakı haqlı “məkanını” düzgün müəyyən etməyə imkan verir.

Heydər Əliyevi anmaq bütün bunlara görə həm şərəfli, həm də çox məsuliyyətli bir işdir. Ölkənin, regionun və bütövlükdə, dünyanın geosiyasi, siyasi və diplomatik gedişatını dərindən bilən, onları dəqiq proqnozlaşdıran, uzaqgörənliyi ilə hər kəsə nümunə ola bilən bir siyasi liderin Ümummilli lider statusunda fəaliyyətini dərk etmək asan məsələ deyil. Öncə, Heydər Əliyevin fəaliyyətinə 1993–2003-cü illər müddətində qazandığı nəticələr prizmasından baxaq.

1993-cü il dövlətçilik baxımından olduqca çətin bir dönəm idi. Ölkə, demək olar ki, mürəkkəb problemlər içindəydi. Belə bir şəraitdə Azərbaycanı yalnız liderin xarizması, zəkası və xilasedici kursu qurtara bilərdi. Heydər Əliyev çox qısa bir zamanda bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəldi. Ulu öndər nəinki Azərbaycanı xilas etdi, hətta onun nəticəverici inkişaf kursunu zamanın tələblərinə uyğun dəqiqliklə müəyyənləşdirdi.

Bunu sübut edən kifayət qədər fakt vardır. Onları əsas istiqamətlər üzrə qruplaşdırmaq olar. Daxili sabitliyin təmini, azərbaycançılığın bərqərar olması, enerji strategiyasının müəyyən edilməsi, idarəetmə institutlarının təkmilləşdirilməsi, müstəqil dövlət quruculuğunun əsas prinsiplərinin, milli ideyanın müəyyən edilməsi və multikulturalizm həmin sıradandır.

Bütün bunların fonunda Heydər Əliyev Azərbaycan lideri kimi dövlətin identikliyi məsələsini BMT tribunasından dünyaya bəyan etdi. Belə bir fəaliyyətin dünya miqyasında müstəqil dövlət quruculuğu nümunəsi olmasını indi hər kəs qəbul edir. Çünki postsovet məkanında yalnız Azərbaycan həmin dövrdə strateji səmərəsi olan siyasi kurs müəyyən edə bilmişdi. Və bu zaman Avrasiyanın dövlətçilik tarixində ilk dəfə idi ki, müstəqil dövlət quruculuğu kursunun təməlinə iqtisadi və ya sırf sosial deyil, ideya faktoru qoyulurdu. Həmin ideya Azərbaycanın milli ideyası idi.

Milli ideya Avrasiya məkanında ilk dəfə olaraq etnik və dini baza əsasında deyil, müasir dövlətçiliyin başlıca atributları olan ərazi bütövlüyü və suverenlik kontekstində müəyyən edilirdi.

Deməli, Heydər Əliyevi Avrasiyada müstəqil dövlət quruculuğunu müasirləşməyə xidmət edən milli ideya kontekstinə gətirən dahi şəxsiyyət kimi qəbul etmək lazımdır!

Çünki söhbət faktiki olaraq müasir mərhələdə olduqca mürəkkəb vəziyyətdə olan və bir sıra böyük güclər tərəfindən yox edilməyə çalışılan dövlətin möhtəşəm dirçəlişinin bazasına ideyanın “yerləşdirilməsindən” gedir. Hətta deyərdim ki, fəlsəfədə Kant inqilabı nədirsə, postsovet məkanında müstəqil dövlət quruculuğu kursunun müəyyən edilməsində siyasi, ideoloji, geosiyasi, iqtisadi və sosial yeniliyin adı “müstəqil dövlətçiliyin Heydər Əliyev inqilabı”dır!

Anım günündə bu tezisi önə çıxarmağımız təsdüfi deyildir. Burada vacib hesab etidiymiz politoloji məna yükü vardır. Məsələ onunla əlaqəlidir ki, müasir fəlsəfə və politologiyada ümummilli liderliyin əsas göstəriciləri sırasında liderin missiyası ilə fəaliyyət miqyasının harmoniyası böyük əhəmiyyət kəsb edir.

Biz indiki proseslərə Heydər Əliyevin siyasi liderliyinin inklüzivlik aspektindən baxsaq, onda vurğulanan tezisin əhəmiyyətini anlamış olarıq. O mənada ki, Heydər Əliyev yalnız Azərbaycanda deyil, Avrasiya miqyasında müasir mərhələdə müstəqil dövlət quruculuğunun mükəmməl və konkret müsbət nəticəverici konsepsiyasını hazırlamışdır. Buna görə də Heydər Əliyevin ümummilli liderliyi milli, regional və regionlararası miqyası aşaraq, bütövlükdə, qlobal səviyyədə müstəqil dövlət quruculuğu kursunun uğurlu təmsilçisi kimi qəbul edilməlidir.

Əlbəttə, belə bir nəhəng və inqilabi yeniliyin Azərbaycan liderinin fəaliyyətində təcəssüm etməsi tarixi hadisədir! Anım gününün əbədi qürur duyulacaq anlarından biri də bununla bağlıdır!

İndi Ulu öndərin 1993–2003-cü illərdəki fəaliyyətinə 2003-cü ildən sonrakı müddətin əsas faktları prizmasından baxaq!

Dahiyanə proqnozlar

Əlbəttə, hər bir milli liderin missiyası və fəaliyyət miqyası arasındakı münasibətlərdə onun gələcəyi necə görməsi ayrıca yer tutur. Əgər Anım gününə bu aspektdən baxsaq, bu o deməkdir ki, 2024-cü ilin dekabr ayında mövcud olan vəziyyəti Heydər Əliyevin necə proqnozlaşdırması çox maraqlı və əhəmiyyətli görünür. Bu, zamanı geriyə döndərmək deyil, artıq mövcud olan dövlət quruculuğu təcrübəsinə yenidən politoloji nəzər salmaq deməkdir.

Heydər Əliyevi bu kontekstdə çox məqamlarda anmaq mümkündür. Çünki faktiki olaraq Ulu öndər Azərbaycanda XXI əsrdə də müstəqil dövlət quruculuğunun əsas istiqamətlərini dəqiq müəyyən etmişdir.

Prezident İlham Əliyev yaradıcı surətdə həmin istiqamətləri qarşıya çıxan gözlənilməz proseslərin, risklərin labirintindən məharətlə keçirərək, müstəqil dövlətçiliyi yeni mərhələyə yüksəltmişdir. Bu məqam liderin fəaliyyətinin missiyası ilə miqyasının XXI əsrdə ən uyğun nisbətindən xəbər verir.

Onun özəlliyi həm də strateji aspektdə proqnozlaşdırmanın çox uğurlu olmasından ibarətdir. Onu da deyək ki, müasir Qərb politoloqları strateji aspektdə liderliyin uğurlu nümunəsini universal kriteriyalarla müəyyən edə bilməmişlər. Onlar bunun üçün yetərli faktlara malik olmadıqlarını və fərqli liderlik nümunələri üçün ortaq ola biləcək kriteriyaları aydınlaşdırmaqda çətinlik çəkdiklərini açıq etiraf edirlər. Bu baxımdan Heydər Əliyev nümunəsi nəzəri politologiyaya kifayət qədər zəngin faktlar verir.

Məsələnin müstəqil dövlət quruculuğu kursunun strateji səmərəsi kontekstində qoyulması ayrıca əhəmiyyət daşıyır. Heydər Əliyev vurğulanan bağlılıqda liderin missiyası ilə fəaliyyət miqyasını strateji müstəviyə gətirib, ona konkret məzmun verən siyasi liderdir. Bu transformasiya faktiki olaraq uzun müddətdə Azərbaycanda müstəqil dövlət quruculuğunun ana xəttini təşkil etməkdədir. Deməli, Heydər Əliyevi 2024-cü ildə anmaq həm də dövlətçiliyin uğurlarını bir daha göz önünə gətirmək və ona yeni şərtlər daxilində politoloji məna vermək deməkdir. Heydər Əliyev dövlətçilikdə bu günlə gələcəyi müasirlik kontekstində ortaq ritmə gətirə bilən kursun müəllifidir. Anım gününün qürur verən çox əhəmiyyəli başqa məqamı da bu tezislə bağlıdır!

Mühüm hesab etdiyimiz bir məqamı da vurğulamaq istərdik. O, intellekual və duyğusal xarakterli, lakin dövlətçiliklə bağlı xüsusiyyətlə əlaqəlidir.

Vətəndaşın dövlət tərbiyəsi

Heydər Əliyevi ananda bu məqamı vurğulamamaq mümkün deyildir. Ulu öndər fəaliyyəti zamanı həmişə vətəndaşın dövlət tərbiyəsinə aid olan fikirləri fərqli mövzularda vurğulayırdı. Onları ümumiləşdirəndə isə vahid mənzərə alınırdı: azərbaycanlı olmaq həm də intellektual və emosional şəkildə yüksək dövlətçilik tərbiyəsinə yiyələnmək deməkdir.

Məsələnin bu tərəfi çoxaspektli və çoxfunksiyalı prosesləri nəzərdə tutur. O cümlədən, vətəndaşın daxili intizamı, məsuliyyətli ailə üzvü, çalışqan, dövlətçi, vətənsevər ictimai fəaliyyəti və yüksək dövlətçilik şüuru vacib faktorlar kimi qəbul edilməlidir!

Heydər Əliyev təlimində bunun iki istiqaməti praktikada özünü aydın göstərirdi. Birincisi, vətəndaşın intellektual cəhətdən vətənsevər və dövlətçi olması ilə bağlı idi. Ona sahib olmanın yolunu isə Ulu öndər elm və təhsildə görürdü. Ulu öndər bu məqamı dəfələrlə vurğulamışdır.

Bununla yanaşı, Heydər Əliyev vətəndaşın həm intellektual, həm də emosional olaraq azərbaycançılığı qəbul etməsi zərurətini aydınlaşdırırdı. Onu əsasən mədəniyyət kontekstində azərbaycanlının Vətənə bağlılığı təşkil edir. Vətənə bağlılıq ənənə ilə müasirliyin vəhdətində məzmun almalıdır. Bu iki istiqamət praktikada intellektual və emosional fəzilətlilikdə birləşməlidir. Heydər Əliyev vətəndaşın duyğusal fəzilətliliyi ilə yanaşı, intellektual fəzilətliliyini də zəruri sayırdı. Onlar konkret təcəssümlərini azərbaycançılıq məfkurəsində tapa bilərlər. Bu isə birbaşa azərbaycançılığın müstəqil dövlətçilik şüurunun mərkəzinə gətirilməsi deməkdir.

Azərbaycançılığın vurğulanan səviyyə və məzmunda dövlətçilik şüurunun mərkəzinə gətirilməsi növbəti dahiyanə tapıntıdır! Bu məqam Heydər Əliyevi anım gününün həm də bizlər üçün yenidən düşünmək, Ulu öndəri daha yaxından dərk etmək zamanı olduğunu təsdiq edir! Ayrıca, müstəqil dövlətçilik kontekstində düşünmək daha əhəmiyyətlidir.

Ulu öndərin bu tarixi fikirləri zamanın sərhədlərini aşır. Bizi dövlətçiliyə yaradıcı və sədaqətli yanaşmaq istiqamətində tərbiyə edir. Buna görə ilin hər günü bizim üçün Ulu öndəri anma zamanı olmalıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri