Şərq qapısı və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir Rəşad Məcid
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir".
525.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mayın 30-da Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı deyib.
"Dünən xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz mənim yadıma "Cavanlar həyatı" qəzeti düşdü. Bildiyiniz kimi, sonra bu qəzet "Şərq qapısı" qəzetinə çevrildi və Azərbaycanda uzun müddət, demək olar, fasiləsiz çıxan mətbu orqandır", - o qeyd edib.
R.Məcid bildirib ki, 1990-1993-cü illərdə Ümummili Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı"nın, Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur:
"Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır".
Baxış sayı:159
Bu xəbər 30 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















