Icma.az
close
up
RU
Şərqi Avropada balans dəyişir: Danışıqlar niyə dalana dirənib?

Şərqi Avropada balans dəyişir: Danışıqlar niyə dalana dirənib?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şərqi Avropa bölgəsində humanitar və siyasi böhran dərinləşməkdə davam edir. Regional oyunçuların vasitəçilik səyləri isə hələlik real nəticə vermir və proses dalana dirənmiş kimi görünür.

Mövcud şəraitdə regional güclər arasında mümkün balans dəyişikliyinin danışıqlar prosesinə hansı təsirləri göstərə biləcəyi sual doğurur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, indiki mərhələdə vəziyyət getdikcə daha da çətinləşir. Bunun əsas səbəblərindən biri qütbləşmənin dərinləşməsidir. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutan Ankoric görüşündən sonra dünya siyasi xəritəsində faktiki dəyişikliklərin baş verdiyini gördük. Artıq hər kəs öz bildiyi ilə hərəkət edir və geri çəkilmək niyyətində deyil.

Politoloqun sözlərinə görə, Ukrayna-Rusiya qarşıdurmasında vəziyyəti gərginləşdirən əsas amillərdən biri Avropanın mövqeyidir. Müsahibimiz qeyd edib ki, Avropa hazırda sözün əsl mənasında çıxılmaz vəziyyətdədir:

"Çünki bir tərəfdən öz geosiyasi alətləri zəifləyib, digər tərəfdən isə ABŞ açıq şəkildə Avropaya mesaj verir ki, artıq onun yükünü daşımaq niyyətində deyil. Bununla yanaşı, Avropa enerji baxımından da ciddi çətinliklərlə üz-üzədir. Sovet İttifaqının dağılmasından sonra Avropa uzun illər Rusiyadan enerji resursları və onların daşıyıcılarını idxal edirdi. Hazırda isə bu idxal dayandırılıb və Avropa məcburən daha baha alternativlərə üz tutur. ABŞ-də da neft, benzin və digər enerji daşıyıcılarının qiymətində ciddi artım müşahidə olunur".

T.Abbasov bildirib ki, bu səbəbdən ehtiyatlı davranan dövlətlər tələskənliyə yol vermir və mövcud ehtiyat imkanlarını qorumağa çalışırlar. Onlar vəziyyəti daha əlverişli mərhələyə daşımaq üçün imkan axtarışındadırlar. Bu proseslərdə Rusiyanın da öz baxışı var. Moskvanın mövqeyinə görə, ya Volodimir Zelenski hakimiyyətdən getməlidir, ya da Donetsk istiqamətində Ukrayna qoşunları geri çəkilməlidir. Zelenski isə bu tələblərə qarşı dirəniş göstərir. Avropanın ona verdiyi mesaj da budur ki, Rusiyanın istəklərinə müsbət cavab verilməməlidir.

Həmsöhbətimiz deyib ki, buna görə də Zelenski müharibənin ritmini qorumağa və tələsməməyə çalışır. Eyni zamanda öz məqsədlərinə nail olacağına dair açıqlamalar verir. Onun qənaətinə görə, Vladimir Putinin ilkin planlarından biri Odessa istiqamətində Xarkov vilayətini ələ keçirməkdir. Hər halda, Rusiyanın da öz çətinlikləri mövcuddur. Hazırda aktiv müdafiə olunur, müxtəlif istiqamətlərdə təzyiqlərlə üzləşir və yeni taktiki gedişlərdən istifadə edir. Bu da Rusiya qoşunlarını müəyyən mənada çətin vəziyyətə salır:

"Məncə, yaxın perspektivdə Ukrayna daha ağır vəziyyətlə üzləşə bilər. Çünki Rusiyanın imkanları fonunda Ukraynanın strateji ehtiyatları tədricən tükənir. Düzdür, həm Avropa, həm də ABŞ-dəki bəzi analitiklər Ukraynanı ruhlandırır və bildirirlər ki, əgər ölkə qış mövsümünü ciddi itkilərsiz keçirə bilsə, yay aylarında Rusiyanın vəziyyəti daha da çətinləşə bilər. Onların proqnozları əsasən bu yöndədir".

Tofiq Abbasov: Ən doğru seçim vaxtında dayanmaqdır

Ekspert hesab edir ki, Rusiya Dnepr çayını keçdikdən sonra Odessa və Xarkovu mühasirəyə almaq üçün əlverişli şərait formalaşdırmağa çalışır. Müharibələrdə hər zaman müxtəlif planlar hazırlanır və hərbi komandanlar öz baxışlarının ən doğru və praqmatik olduğunu siyasi rəhbərlərə sübut etməyə çalışırlar. Amma çox vaxt real vəziyyət əvvəlcədən aparılan hesablamaları alt-üst edir və gözlənilən nəticələr baş vermir:

"Qış mövsümünün sərt keçəcəyi ehtimal olunur və yaxın aylarda qüvvələr nisbəti daha aydın şəkildə üzə çıxacaq. Böyük dövlətlərin proseslərə cəlb olunmasına gəlincə, onlar adətən başqa ölkələrin qoşulmasından çəkinmirlər. Əksinə, bu, onlara strateji imkanlarını, ehtiyatlarını və resurslarını artırmaq üçün əlavə üstünlük yaradır".

Müsahibimizin sözlərinə görə, hazırda Fars körfəzində də vəziyyət kifayət qədər gərgindir. Donald Tramp İrana zərbə endirmək niyyətindən geri çəkilib:

"Çünki İranla müharibə uzunmüddətli və ağır nəticələrə səbəb ola bilər, eyni zamanda ABŞ-nin bir çox hədəfləri risk altına düşə bilər. Tramp ölkə daxilindəki vəziyyəti də nəzərə alaraq bu riski götürmək istəmir. ABŞ daxilində də proseslər ürəkaçan deyil.

Ümumilikdə balans o zaman formalaşır ki, gözlənilməz dəyişikliklər və şok effekti yaradan hadisələr baş verir. Belə məqamlarda artıq dərin risklərə getməyin yeri olmadığını anlayırsan. Ən doğru seçim vaxtında dayanmaqdır".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri