“Şərqi Avropada buna nail olan komanda yoxdu” “Qarabağ”la bağlı tənqidi qəbul etmədi
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 23-də evdə FKSB-yə məğlub olan “Qarabağ”ın pley-off şansı bitdi. Avropa Liqasında 7 oyuna 6 məğlubiyyət…
“Qarabağ”ın Avropa Liqasında uğursuzluqla düçar olmasının səbəbi nədi? Martda əzəmətli “Bayer-04”ə qarşı elə fenomenal oyun göstərən komanda payızda niyə bu vəziyyətə düşdü? “Football-plus.az” bu sualı tanınmış menecer Erkin İbrahimova ünvanlayıb:
“Azərbaycan futbolunun durumu o deyil ki, “Qarabağ” kimi uğurlu təmsilçisi hər il performansı yüksək səviyyədə saxlasın. Gözləməyə dəyməz. Bir il alına bilər, başqa il alınmaz. Amma bu komanda ardıcıl 11 il qrup mərhələsində çıxış edib. Şərqi Avropada buna nail olan komanda yoxdu. Yeni gələn oyunçular tam uyğunlaşa bilmədilər. Qurban Qurbanov da görürdü ki, bir qədər “qan dəyişmək” lazımdı. Sadəcə, yeni oyunçular gözləntiləri vermir. Bu format da bizə o qədər də sərf etmir. “Qarabağ” da əvvəlki deyil. Məncə, heç bir faciə baş verməyib. Qurban Qurbanovda təcrübəli mütəxəssisdi. Komandanın zəif nöqtələrini görür. Məncə, öncə müdafiədə yeniliklər etməlidi. Əlbəttə, hücumda da dəyişikliyə ehtiyac var. Bunlar hamısı nəzərə alınacaq”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















