Icma.az
close
up
RU
Şərqi Zəngəzur və Qarabağın torpaq və su resursları müzakirə olunub

Şərqi Zəngəzur və Qarabağın torpaq və su resursları müzakirə olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının torpaq və su resursları: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin torpaq və su ehtiyatlarının öyrənilməsi, qorunması və səmərəli istifadəsi ilə bağlı problemlərin elmi əsaslarla müzakirəsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsidir.

Konfrans Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Torpaq Muzeyinin yenidənqurmadan sonra açılışı ilə başlayıb.

Plenar iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək işğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatlarının elmi əsaslarla öyrənilməsinin və qiymətləndirilməsinin ölkəmizin gələcək inkişafı üçün mühüm rol oynadığını bildirib. Akademik, həmçinin torpaq və su ehtiyatlarının hər bir ölkə üçün strateji resurs olduğunu, Qarabağ və Şərqi Zəngəzurun isə böyük potensiala malik olduğunu qeyd edib. AMEA rəhbəri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun uzun illər ərzində formalaşdırdığı elmi baza və təcrübənin bərpa edilən ərazilərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıyev çıxışında hazırda Azərbaycanın iqtisadi rayonlarında yenidən təşkiletmə işlərinin aparıldığını, yeni iqtisadi rayonlar arasında Qarabağ və Şərqi Zəngəzurun xüsusi yer tutduğunu bildirib. O vurğulayıb ki, elmi ictimaiyyətin qarşısında əsas vəzifə bu rayonlarda genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasıdır.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisənin 80 illik fəaliyyətinə nəzər salaraq elmi nailiyyətlərdən, strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətlərindən danışıb. O, işğaldan azad edilmiş ərazilərdə torpaq və su ehtiyatları tədqiqinin aparılması sahəsində institutun aparıcı qüvvə olduğunu söyləyib. Əlövsət Quliyev, həmçinin beynəlxalq elmi əlaqələrdən, iqlim dəyişikliklərinin torpaq sistemlərinə təsirini araşdıran layihələrdən və laboratoriya bazasının gücləndirilməsindən danışıb. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq və su ehtiyatlarının tədqiqi institutun əsas prioritetlərindəndir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Torpaq Muzeyinin yaradılması və burada nümunələrin toplanması istiqamətində görülən işləri yüksək qiymətləndirib və torpaqşünaslıq elminin inkişafında görkəmli alimlərin rolunu qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında institutun Azərbaycan torpaqlarının meliorasiyası və xəritələşdirilməsi sahəsindəki nailiyyətlərini vurğulayıb. O, institutun torpaq təsnifatlarının metodikasının hazırlanması, torpaqların deqradasiyasına qarşı mübarizə və digər sahələrdə mühüm xidmətlərini xüsusi qeyd edib.

Konfransda AMEA-nın müxbir üzvü Amin İsmayılov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının torpaq ehtiyatlarından səmərəli istifadənin elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn formatda çıxış edən aqrar elmlər doktoru, professor Amin Babayev isə “Qarabağda orqanik (ekoloji) kənd təsərrüfatının inkişaf etdirilməsinin aqroekoloji aspektləri” mövzusunu təqdim edib.

Tədbirdə, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və başqaları çıxış ediblər.

Elmi-praktik konfrans bölmə iclasları ilə davam etdirilib. Digər çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq ehtiyatlarının səmərəli istifadəsi, su qıtlığı şəraitində alternativ mənbələrin axtarışı, iqlim dəyişikliklərinin təsiri və digər mövzulara toxunulub. Hibrit formatda keçirilən tədbirin sonunda sual-cavab əsasında fikir mübadilələri aparılıb, regionun aqroekoloji inkişafı üçün elmi əsaslı yanaşmaların önəmi vurğulanıb. Elmi nəticələrin gələcək tədqiqatlara və əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri