MDB Hökumət Başçıları Şurasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib.
APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə. Əsədov qeyd edib ki, günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək.
“Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















