Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 may, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən “Rəqəmsallaşma dövründə humanitar elmlər: süni intellektin imkanları və məhdudiyyətləri” mövzusunda beynəlxalq elmi-təcrübi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim konfransda “Qədim dillərin (şumer mixi yazılarının) süni intellekt vasitəsilə öyrənilməsi” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, müasir dövrdə süni intellektin müxtəlif modelləri (ORACC, SDLİ, “The Shumerian language dictionary”) o cümlədən, Chat GPT ilə həm müasir, həm də qədim dillər, o cümlədən şumer mixi yazıları öyrənilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















