Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda elmi konfrans “Söz mülkünün Xaqanı”

Şərqşünaslıq İnstitutunda elmi konfrans “Söz mülkünün Xaqanı”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Söz mülkünün Xaqanı” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Konfransı açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü bu il böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin keçirildiyini bildirərək, bununla əlaqədar Prezident İlham Əliyevin 2026-cı il yanvarın 28-də imzaladığı Sərəncamı xatırladıb. Sonra o, “Xaqani Şirvaninin ərəbcə poetik irsi Azərbaycan ərəbdilli poeziyası kontekstində” mövzusunda məruzə edib. R.Cümşüdlü İslamın geniş arealda yayılması ilə İslam xilafətinin tərkibinə daxil olan xalqların mədəniyyətlərinin kompleks şəkildə birliyindən yaranan İslam sivilizasiyasının inkişafında Azərbaycan alimlərinin, ədiblərinin, filosoflarının və şairlərinin böyük xidmətləri olduğunu vurğulayıb. Xaqani Şirvaninin ərəb dilində 500 yüz beytlik ədəbi irsinin məhz ərəbdilli Azərbaycan poeziyasının kontekstində qiymətləndirilməli olduğunu deyən məruzəçi şairin ərəbdilli yaradıcılığının həm janr, həm də mövzu baxımından zəngin olduğunu, bu şeirlərdə şairin fəlsəfi, nəsihətamiz-əxlaqi fikirlərinin öz əksini tapmasını qeyd edib.

İran filologiyası şöbəsinin kiçik elmi işçisi Gülnar Quliyeva “Xaqaninin bədii lirikasında rənglər” mövzusunda məruz edib. Məruzəçi Əfzələddin Xaqaninin Azərbaycan ədəbi mühitinin formalaşmasında da mühüm rol oynadığını bildirib. Zəngin və çoxşaxəli yaradıcılığa malik Xaqaninin “Divan”ının onun şeirlərinin toplandığı qiymətli bir xəzinə olduğunu söyləyən G.Quliyeva şairin geniş xəyal dünyasını qələmə alarkən bir çox poetik ünsürlərdən istifadə etdiyini, bu simvolik sistemdə rənglərin bədii istifadəsinin xüsusi yer tutduğunu qeyd edib.

Ərəb filologiyası şöbəsinin müdiri dosent Xumar Ələkbərova “Xaqani Şirvani - zəmanəsinin ictimai-siyasi mənzərəsini yaradan şair” mövzusunda məruzə edib. Xaqani Şirvaninin yalnız dövrünün fəlsəfi şairi olmadığını deyən X.Ələkbərova onun zəmanəsinin ictimai-siyasi reallıqlarını inikas etdirən əsərlər müəllifi olduğunu bildirib.

İran filologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Vüqar Məmmədov "Klassik Azərbaycan poeziyasında fəlsəfi təfəkkürün şahmat simvolikası vasitəsilə ifadəsi (Xaqani Şirvaninin yaradıcılığı kontekstində)" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri öz fəlsəfi və estetik baxışlarını oxucuya ötürmək üçün qədim intellektual oyun olan şahmatın terminologiyasından, fiqur funksiyalarından və oyun quruculuğu qaydalarından bədii-fəlsəfi vasitə kimi məharətlə istifadə ediblər. V.Məmmədov Xaqani Şirvaninin yaradıcılığına istinad edərək bildirib ki, şair “Xaqani, sən adi piyadəsən bil, yeddi yol keçməyin heç asan deyil” misraları vasitəsilə şahmat terminologiyasından məcazi mənada bəhrələnib. Bu yanaşma oyun taxtasındakı piyadanın irəliləyiş prosesini insan həyatının mürəkkəb mərhələləri, qarşıya çıxan sınaqlar və məqsədə çatmaq yolundakı maneələrlə dərin poetik paralelizmdə təqdim edir.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri