Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda elmi hesabatlar təqdim edilib AZƏRTAC

Şərqşünaslıq İnstitutunda elmi hesabatlar təqdim edilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi şöbələrinin hesabatları təqdim edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, il ərzində institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 106 elmi-tədqiqat işindən 47 iş bu il başa çatıb. Qalan 59 elmi-tədqiqat işinin 2024-cü il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.

Hesabat ilində institutda 14 kitab çap edilib, 19 kitab çapdadır. Çap olunan kitablar sırasında Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin həyatı və elmi irsi”, Rafiq Abbasovun “Azərbaycan-Çin (1993-2003)”, Elman Quliyevin Türkiyədə nəşr edilən “Türk halkları edebiyatı”, Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” və digər nəşrləri qeyd etmək olar.

İnstitutda, həmçinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Azərbaycan Şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayları da işıq üzü görüb.

Akademik Ziya Bünyadovun əsərlərinin I cildi - “Azərbaycan VII-IX əsrlərdə” və II cildi - “Azərbaycan Atabəyləri dövləti” təkrar nəşr üçün hazırda çapdadır. Bundan başqa yaxın vaxtlarda işıq üzü görəcək kitablar sırasında akademik Gövhər Baxşəliyevanın “Patriotiçeskaya tema v sovremennoy siriyskoy proze”, Ruhəngiz Cümşüdlünün “M.Füzulinin ərəbcə poetik irsinin Azərbaycan dilinə tərcüməsi” və digər nəşrlər yer alır.

İnstitut əməkdaşlarının 500-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 54 elmi məqalə xaricdə, o cümlədən Türkiyə, İran, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Fransa, Kuba, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə nəşr edilib. Dörd məqalə “Web of Science” və “Scopus” bazalarında olan jurnallarda dərc edilib.

Əməkdaşlar Türkiyə, İsveçrə, Almaniya, Niderland, ABŞ, Polşa, Rusiya, Pakistan, Mərakeş, İordaniya, Qazaxıstan, Tacikistan, Özbəkistanda keçirilən beynəlxalq elmi konfranslarda məruzə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri