Icma.az
close
up
RU
Sertifikasiya: Təhsildə keyfiyyət, yoxsa ədalətsizlik?

Sertifikasiya: Təhsildə keyfiyyət, yoxsa ədalətsizlik?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Sertifikasiya – təhsil sistemində keyfiyyəti artırmaq, müəllimlərin peşəkarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş bir vasitədir. Prinsip etibarilə bu, müasir təhsil idarəçiliyinin ayrılmaz hissəsidir və bu baxımdan tətbiqi zəruridir. Lakin Azərbaycan təhsil sistemində son illərdə müşahidə olunan sertifikasiya yanaşması – məqsəd və mexanizm arasında dərin uçurum yaratmışdır.

Müəllimləri sertifikasiya adı ilə kütləvi imtahanlara salan, ixtisas və metodika biliklərini ölçdüyünü iddia edən bir sistem var. Amma bu sistemin özünün legitimliyi, obyektivliyi və əxlaqi dayaqları ciddi suallar altındadır. İmtahanı keçirənlərin çoxu – sektor müdirləri, şöbə rəhbərləri, kuratorlar – təəssüf ki, heç vaxt özləri belə bir imtahandan keçməyib. Onlar nə MİQ imtahanı veriblər, nə də Dövlət Qulluğu (DQ) imtahanında iştirak ediblər. Sadəcə vəzifəyə təyinatla, daxili tapşırıqlarla, ya da müsahibə adı ilə formalaşmış mexanizmlərlə vəzifəyə gəliblər. Bu isə o deməkdir ki, onlar müəllimlərə imtahan keçmə haqqını daşımaq üçün nə mənəvi, nə də peşəkar legitimliyə malik deyillər.

Ədalətsizlik burada başlayır: illərlə sinif otağında çalışmış, yüzlərlə şagird yetişdirmiş müəllimlərə “sən bu ixtisasa layiq deyilsən” deyənlər – ixtisası olmayan, ali pedaqoji təhsili olmayan, sistemin içindən yox, üstündən gələn şəxslərdir. Bu həm təhsilin içində olan insanlara, həm də ümumiyyətlə cəmiyyətin müəllim institutuna qarşı hörmətsizlikdir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsində açıq şəkildə göstərilir ki, dövlət müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini dəstəkləməli, bu prosesin davamlı inkişafını təmin etməlidir. Amma indiki sertifikasiya mexanizmi inkişaf yox, sıralamadan çıxarma, cəzalandırma və ələmə funksiyasını yerinə yetirir. Bu isə qanunun ruhuna və təhsilin mahiyyətinə ziddir.

Sertifikasiya imtahanlarının nəticələrinə baxdıqda, bəzi rayonlarda müəllimlərin 60–70%-nin aşağı bal toplaması göstərilir. Bu vəziyyətin səbəbi kimi müəllimlərin savadsızlığı göstərilir. Amma sual verilməlidir: imtahan materialları real tədris proqramına, fənn kurikulumuna uyğun idimi? Qiymətləndirmə meyarları pedaqoji baxımdan əsaslandırılmışdımı? Ən önəmlisi – bu imtahanın keçirilmə qaydalarını müəyyən edən şəxslər hansı ixtisas və səriştəyə malikdirlər?

Bu prosesdə ən dramatik məqam isə budur: müəllim 30 il məktəbdə dərs deyib, sonda ona deyirlər ki, sən sertifikasiya keçmədin, artıq sistem üçün yararsızsan. Bəs niyə həmin 30 ildə bu müəllimin göstəricilərinə, fəaliyyətinə nəzarət edilmədi? Niyə bu gün o müəllim bir kağız vərəqinə yazılmış suallarla qiymətləndirilir, amma imtahanı təşkil edən şəxslər heç bir formada qiymətləndirilmirlər?

Daha da ironik olan budur ki, sektor müdirləri arasında, nazirlik aparatında çalışan bəzi şəxslər illərlə Dövlət Qulluğu imtahanına düşə bilmir, imtahan verib keçə bilmirlər, amma müəllimlərə “peşəkar deyilsən” deyə hökm oxuyurlar. Müəllimlər imtahanla alınır, imtahanla dəyərləndirilir, amma həmin müəllimlərə hökm oxuyanlar çox zaman tapşırıqla, daxili əmr əsasında oturublar və heç bir səriştə yoxlamasına məruz qalmayıblar.

Əgər doğrudan da keyfiyyəti artırmaq istəyiriksə, o zaman bu proses təkcə müəllimə yox, bütün sistemə şamil olunmalıdır. Müəllim sertifikasiya imtahanı verirsə, imtahanı təşkil edənlər də ictimai, hüquqi və peşəkar imtahandan keçməlidir. Əks halda bu, sadəcə adalətsizliyin rəsmi mexanizmi olacaq.

Sertifikasiya imtahanı keçirmək olar, amma bu proses şəffaf, mərhələli, məqsədyönlü və qarşılıqlı hesabatlılıq prinsipi ilə aparılmalıdır. Ən vacib şərt isə: imtahanı keçirənlər, sistemi idarə edənlər özləri də eyni meyarlarla yoxlanmalıdırlar. Əks halda, bu sistem nə müəllimi inkişaf etdirəcək, nə də təhsili. Əksinə, müəllimi bezdirəcək, məktəbi tərk etməyə sövq edəcək və gələcəkdə bu peşəyə olan marağı daha da azaldacaq. Yazıqdır müəllimlər – yalnız qiymətləndirilməli deyillər, həm də qiymətləndirilməyə layiq yanaşma görməlidirlər.

Kamran Əsədov, 

Təhsil eksperti 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri