Icma.az
close
up
RU
Ekspert: “Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”

Ekspert: “Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Brend yox, məzmun əsas olmalıdır

 Son illərdə Azərbaycanda valideynlər arasında qəribə bir meyl formalaşıb: övladlarını mütləq bir lisey və ya gimnaziyaya yerləşdirmək arzusu. Elə bil ki, bu məktəblərin adında "lisey" və ya "gimnaziya" sözünün olması avtomatik olaraq yüksək təhsilin təminatçısına çevrilib. Valideynlər arasında bu addan qaynaqlanan bir psixoloji rahatlıq hökm sürür – sanki övladları sıradan məktəbə deyil, "elit" bir təhsil ocağına gedir.

Bəziləri bu seçimi övladlarına daha yaxşı gələcək təmin etmək üçün edirlər. Digərləri isə sadəcə sosial təzyiqlərə tabe olur, "hamı liseyə gedir, mənimki niyə getməsin?" düşüncəsi ilə hərəkət edirlər. Halbuki acı bir reallıq var: bir çox liseydə tədrisin keyfiyyəti adi məktəblərlə müqayisədə fərqlənmir, bəzən hətta daha zəifdir. Təhsil strukturunda ciddi keyfiyyət fərqi olmadığı halda, liseyə keçid yarışının özü həm valideynləri maddi və psixoloji baxımdan yükləyir, həm də cəmiyyətdə yanlış təhsil stereotipləri yaradır.

Bu meyl nə qədər rasionaldır? Liseylər doğrudanmı keyfiyyətli təhsilin ünvanıdır, yoxsa sadəcə brendə çevrilmiş bir illüziyadır? Təhsildə forma ilə məzmun arasında bu qədər uçurum olduğu halda, bu "lisey sevdası" bizi hara aparır?

Yeri gəlmişkən, mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi iyunun 5-i saat 15:00-dan etibarən başlayır.

Təhsil İnstitutundan  bildirilib ki, qeydiyyat iyunun 20-dək davam edəcək.

Qeydiyyat prosesi yalnız şagirdlərin elektron yerdəyişmə portalı vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.

Əlavə məlumat və texniki dəstək üçün şagirdlərin elektron yerdəyişməsi portalında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

Qəbul prosesi həyata keçirilən müəssisələr ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflərə iyunun 25-i, 6-cı siniflərə iyunun 26-sı, 5-ci siniflərə iyunun 27-də həyata keçiriləcək.


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov Sherg.az-a açıqlamasında deyib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbulun ötən aylarda dəyişdirilməsi və əvvəlki sistemin ləğvi ciddi narazılıqlara səbəb olmuşdu. Elm və Təhsil Nazirliyinin bu qərardan geri çəkilərək qəbul prosesini əvvəlki kimi mərkəzləşdirilmiş şəkildə bərpa etməsi, ictimai rəyin təsiri və sosial tələbatın tanınması baxımından mühüm qərardır:


 “Amma burada əsas sual ondan ibarətdir ki, bu qədər yüksək maraq və gözlənti ilə müşayiət olunan liseylər doğrudanmı təhsildə keyfiyyətin ünvanıdır, yoxsa sadəcə prestij və brend ilə örtülmüş illüziya modelidir?

Valideynlərin lisey və gimnaziyalara yönəlməsinin başlıca səbəbi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə olan inamın zəifliyidir. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına əsasən, Azərbaycanda ümumtəhsil məktəblərinin 70 faizindən çoxu, xüsusilə regionlarda, kadr çatışmazlığı, infrastruktur problemləri və dərs saatlarının yüklənməsi kimi çətinliklərlə üz-üzədir. Əksinə, liseylər daha seçmə kontingent, yüksək bal tələbi, fərqləndirilmiş dərs saatları və sınaq mühitində fəaliyyət göstərdiyindən, onlar həm valideynlər, həm də müəllimlər üçün “elit təhsil məkanı” kimi təqdim olunur. Bu təbəqələşmə, ümumi təhsil sistemində ədalətsizliyin və sosial diferensiasiyanın dərinləşməsinə səbəb olur.

“Təhsil haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən, lisey və gimnaziyalar digər ümumtəhsil müəssisələrindən təmayülə uyğunlaşdırılmış və dərinləşdirilmiş tədris proqramları ilə fərqlənməlidir. Lakin təcrübədə bu proqramların real tətbiqi və keyfiyyətli icrası bütün liseylərdə müşahidə olunmur. Əgər proqram eynidirsə, müəllim resursları bir mərkəzdən təmin olunursa və dərsliklər dəyişməz qalırsa, onda liseyin verdiyi “fərqli təhsil” yalnız təşkilati və inzibati formalara əsaslanır. Bununla belə, bəzi liseylər – xüsusilə Bakı şəhərində yerləşən və riyaziyyat-informatika, texniki-humanitar profilli liseylər – öz nəticələri, məzunlarının ali məktəblərə qəbul göstəriciləri ilə fərqlənir və bu, keyfiyyətin təzahürü kimi dəyərləndirilə bilər. Amma bu nümunə bütün liseyləri əhatə etmir”.


K.Əsədovun sözlərinə görə, liseylərdə dərs yükünün diferensial şəkildə təşkili, təmayül dərslərinin artırılması və tədris nəticələrinin daimi monitorinqə cəlb olunması, bu məktəbləri ümumtəhsil mühitində fərqləndirən əsas göstəricilərdir:

 “Məsələn, 2022-ci il qəbul statistikalarına görə, lisey məzunlarının ali məktəblərə qəbul faizi ümumi orta məktəb məzunları ilə müqayisədə təxminən 1,7 dəfə yüksək olub. Bu, sistemli işin nəticəsidir. Lakin bu sistemliliyin bütün liseylərə şamil edilməsi və ictimai şəkildə nəzarət olunması hələ də zəifdir. Çünki bu məktəblərin fəaliyyəti üzrə ictimai hesabatlılıq və şəffaflıq təmin olunmayıb.

Dünya təcrübəsində təmayüllü məktəblər və liseylər istedadlı şagirdlərin inkişafı üçün əhəmiyyətli vasitədir. Finlandiyada “erityisluokat” – xüsusi təmayüllü siniflər modeli ilə yüksək nəticə göstərən şagirdlər musiqi, riyaziyyat və elm sahələrində əlavə dərslər alırlar. Almaniyada “Gymnasium” adlanan məktəblər orta təhsilin elit seqmentini təşkil edir, lakin bu məktəblərə giriş və çıxış kriteriyaları hüquqi və akademik əsaslarla ciddi tənzimlənir. ABŞ-də isə “magnet schools” yalnız müəyyən sahələr üzrə ixtisaslaşır və onların təhsil proqramları ali məktəblərlə inteqrasiya şəklində aparılır. Bu sistemlərdə əsas fərq ondan ibarətdir ki, “brend” olmaq üçün forma yox, nəticə və məzmun önəmlidir. Təəssüf ki, Azərbaycanda liseylərdə forma ilə məzmun arasında uçurum olduğu üçün valideynlər çox zaman ad, bina və geyimə əsasən seçim edir, tədrisin real keyfiyyəti isə arxa planda qalır.

Əgər bu tendensiya belə davam edərsə, liseylər keyfiyyət mərkəzi olmaq əvəzinə, sosial status simvoluna çevriləcək. Bu isə təhsildə ədalətsizliyin daha da dərinləşməsinə gətirib çıxaracaq. Eyni zamanda, ümumi məktəblərdə tədrisin keyfiyyətinin yüksəlməməsi, liseylərə olan tələbatı süni şəkildə şişirdəcək və nəticədə alternativ olmayan tək çıxış yolu kimi qəbul ediləcək. Bu da uzunmüddətli perspektivdə təhsil sistemində iki paralel strukturun – bir tərəfdə əlçatan, amma zəif məktəblərin, digər tərəfdə isə seçilmişlərin təhsil aldığı “elitar” məktəblərin yaranmasına gətirib çıxaracaq”.


Ekspertin sözlərinə görə, bu vəziyyətdən çıxmaq üçün lisey və gimnaziyalar üzrə yeni akkreditasiya modeli hazırlanmalı, onların nəticələri ictimaiyyətə açıqlanmalı, tədris proqramları dinamik şəkildə təkmilləşdirilməli və ümumtəhsil məktəblərində də bu imkanlar genişləndirilməlidir:

 “Eyni zamanda, lisey modelinin genişləndirilməsi ilə paralel olaraq region məktəblərində də təmayülləşməyə əsaslanan pilot layihələr reallaşdırılmalıdır. Beləliklə, təhsil sistemi yalnız bir neçə mərkəzə deyil, bütün ölkəyə ədalətli və bərabər şəkildə yayılmış keyfiyyətli təhsil imkanları təqdim edə bilər. Əgər təhsil sistemində forma ilə məzmun arasındakı uçurum aradan qaldırılmazsa, liseylərə yönələn kütləvi maraq bizi reallıqdan uzaq, nəticəsiz və sosial baxımdan təbəqələşmiş bir təhsil modelinə sürükləyəcək. Ona görə də liseylər sadəcə gözləntiləri qarşılayan deyil, real nəticə doğuran modellərə çevrilməli, ümumtəhsil sistemi ilə inteqrasiyada olmalıdır. Təhsildə brend yox, məzmun əsasdır – əks halda, nə lisey, nə də sistem gələcəyə zəmanət verə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri