Icma.az
close
up
RU
Sertifikasiyada yüksək balı buna görə toplayırmışlar AÇIQLAMA

Sertifikasiyada yüksək balı buna görə toplayırmışlar AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi ekspertlər bildirirlər ki, orta məktəb müəllimlərinin sertifikatlaşdırma imtahanlarında yüksək bal toplayanlar məhz repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərdir. 

Bu fikir nə qədər həqiqətə uyğundur?

Redaktor.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, repetitorluq rəqabət yönümlü bir sahədir:

"Repetitorluq fəaliyyəti ilə məşğul olanlar mütləq mənada özlərini inkişaf etdirməlidirlər. Çünki onlar fərqindədirlər ki, əgər yaxşı nəticə göstərməsələr, fənlərini yaxşı tədris edə bilməsələr, onların yanına şagird gəlməyəcək. Buna görə repetitor fəaliyyəti ilə məşğul olanın özünü inkişaf etdirmək motivasiyası repetitorluq fəaliyyəti ilə məşğul olmayanlardan daha çoxdur. Repetitor fərqindədir ki, bu gün səhv etsə, sabah onun iş yoldaşı bundan xəbər tutacaq. Çünki şagird deyəcək ki, filan müəllimdə bu səhvi tutdum. Repetitorlar öz üzərlərində daha çox işləyirlər, həm də repetitorluq elə bir şeydir ki, uzun illər eyni fənni dəqiqliklə izah etməklə məşğul olurlar".

Ekspert vurğuladı ki, repetitorlar müntəzəm olaraq illərlə eyni mövzuları izah edirlər.

"Buna görə də repetitorların nəticəsi daha yaxşıdır. Necə ki, idmançılar formada olur, musiqi ilə məşğul olanlar hər gün məşğul olsalar daha peşəkar olurlar, eynilə repetitorluq fəaliyyəti də müəllimləri daha hazır hala gətirir. Öz fənlərini repetitorluqla məşğul olanlar daha yaxşı bilirlər. Çünki onlar daha çox praktika edirlər. Dövlət məktəblərində isə fənni tədris zamanı bəzən motivasiya aşağı olur. Dövlət işi elə işdir ki, orada çox nəzarət olmur, ödəniş sabitdir. Bunlar isə motivasiyanı aşağı salır. Dövlət məktəbində işləyən müəllimlərin bir çoxu sadəcə repetitor fəaliyyəti üçün şagird yığmaq səbəbilə bu işlə məşğul olur. Demirəm ki, dövlət məktəbində işləyənlər işlərini yaxşı görmürlər, sadəcə şagirdlə ona görə münasibətdədirlər ki, özlərinə şagird yığsınlar. Amma özünə şagird yığmaq üçün dərs keçənlər də var".

Müsahibimizin sözlərinə görə, repetitor vəziyyətlə daha çox üz-üzədir.

"Reallığı bilir ki, fənni bilməsə, şagird və pul itirəcək. “Fənnimi yaxşı bilsəm, şagird əldə edəcəyəm və daha çox pul qazanacağam” deyə müəllim düşünür. Konkret, əllə tutulan, gözlə görülən bir mənada motivasiya olduğu üçün özlərini daha çox inkişaf etdirirlər. Buna görə də repetitorların nəticələri yüksək olur", - deyə Qoşqar Məhərrəmov fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri