Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsi yanğın taktiki təlim keçirib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsi “İstehsalat müəsisəsində yаnğınlаrın söndürülməsi, zərərçəkən insаnlаrın аxtаrışı və xilаs edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
APA xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlim zamanı baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri zərərcəkənlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Təhlükəsizlik qaydalarına əməl olunmaqla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Baxış sayı:194
Bu xəbər 16 May 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















