Icma.az
close
up
RU
Şərur rayonunda “Xalqın xilaskarı” adlı tədbir keçirilib

Şərur rayonunda “Xalqın xilaskarı” adlı tədbir keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

10 iyun 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı tərəfindən  Püsyan kənd icra nümayəndəliyində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş  “Xalqın xilaskarı” adlı tədbir keçirilmişdir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev bildirmişdir ki, Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin qorunmasının, milli birliyin təmin edilməsinin və ölkəmizin gələcək inkişafının əsasını qoyan taleyüklü bir tarixdir. Həmin gün Azərbaycan dövlətçiliyinin xilas edildiyi, xalqın gələcəyinə ümidlə baxmağa başladığı və sonrakı böyük qələbələrə aparan yolun təməlinin atıldığı gün kimi tarixə həkk olunmuşdur.

Yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət böhranı hökm sürür, iqtisadiyyat tənəzzülə uğrayır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, daxildə isə separatçılıq və qarşıdurmalar güclənirdi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi getdikcə daha real xarakter alırdı. Belə mürəkkəb və həlledici bir zamanda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı.

Əmir Babayev çıxışında həmçinin qeyd etmişdir ki,1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Bu hadisə Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin bərpası və inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsinə çevrildi. Məhz buna görə də həmin tarix sonralar Milli Qurtuluş Günü elan edildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Hüquqi və demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Cəmiyyət daxilində birlik və həmrəylik möhkəmləndirildi. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu təhlükə altına alan amillər aradan qaldırıldı və ölkə inkişaf yoluna qədəm qoydu.Tarix göstərdi ki, 15 İyun yalnız bir qurtuluş günü deyil, həm də gələcək zəfərlərin başlanğıcı idi. Milli Qurtuluşdan sonra yaradılan siyasi sabitlik, iqtisadi güc və hərbi potensial sonrakı illərdə ölkəmizin ən böyük məqsədinə – ərazi bütövlüyünün bərpasına xidmət etdi.işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, Azərbaycan Bayrağının Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması Milli Qurtuluş ideyalarının təntənəsidir. Vaxtilə dağılmaq təhlükəsi ilə üzləşən Azərbaycan bu gün güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik müstəqil dövlətdir.Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. Məhz buna görə də 15 İyun Azərbaycan tarixində tarixi qələbəyə aparan yolun başlanğıcı, müstəqilliyimizin xilası və dövlətçiliyimizin yenidən yüksəlişi kimi böyük ehtiramla qeyd olunur.

Sonra tədbirdə məruzə ətrafında Püsyan kənd ərazi partiya təşkilatının sədri Tacir Rəcəbov, Püsyan kənd tam orta məktəbinin müəllimi Türkan Şahhüseynova çıxış etmişlər.

Tədbirdə YAP- sıralarına daxil olan bir neçə yeni üzvlərə vəsiqəqlər təqdim olunmuşdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri