Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Xalqın və dövlətin xilaskarı

Xalqın və dövlətin xilaskarı

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü xalqımız tərəfindən dərin ehtiram və böyük minnətdarlıq hissi ilə qeyd olunur. Onun müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxmış, sabit və güclü dövlət kimi formalaşmışdır. Heydər Əliyev həm də xalqın taleyinə məsuliyyətlə yanaşan böyük lider, tarix yazan şəxsiyyət olmuşdur.

XX əsrin ikinci yarısı Azərbaycan SSR-in tarixində əlamətdar bir dönəm olmuş, bu dövr ölkənin gələcək inkişafının əsasını qoyan mühüm addımlarla yadda qalmışdır. Məhz bu dövrdə - 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin həyatında yeni mərhələnin əsası qoyulmuşdur. Onun rəhbərliyi ilə qısa müddətdə islahatlara start verilmiş, iqtisadiyyatın müxtəlif sahələrində ciddi canlanma müşahidə olunmuş, elm, təhsil və mədəniyyətin inkişafı üçün məqsədyönlü addımlar atılmışdır.

Ulu Öndər Heydər Əliyev Sovet dövrünün sərt ideoloji qadağalarına rəğmən milli maraqlara əsaslanan strateji yanaşma nümayiş etdirirdi. Onun təşəbbüsü ilə Azərbaycanda sənayeləşmə prosesi sürətləndi, ölkəmizin müxtəlif bölgələrində yeni zavodlar və fabriklər inşa edildi, minlərlə gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması təmin edildi. Milli kadrların hazırlanması və onların rəhbər vəzifələrə irəli çəkilməsi Ümummilli Liderin dövlətçilik strategiyasının prioritetlərindən biri idi.

Xüsusilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Dahi Lider Heydər Əliyevin milli iradəsinin və uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu addım milli kimliyin qorunub inkişaf etdirilməsinə mühüm töhfə verməklə yanaşı, xalqda qürur hissinin və özünüdərkin daha da güclənməsinə səbəb olmuşdur.

1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə - Nazirlər Soveti Sədrinin birinci müavini postuna irəli çəkilən Ulu Öndər Heydər Əliyev artıq ittifaq miqyasında fəaliyyətini uğurla davam etdirmişdir. Bu strateji mövqedə çalışdığı müddətdə Ümummilli Lider Azərbaycanın sosial-iqtisadi inkişafı naminə mühüm təşəbbüslərlə çıxış etmiş, respublika üçün əlavə maliyyə və texniki resursların ayrılmasına, iri layihələrin təsdiqinə və mühüm qərarların qəbul olunmasına nail olmuşdur. Mərkəzdə yüksək vəzifə tutmasına baxmayaraq tarixi şəxsiyyət daim xalqın maraqlarını müdafiə etmiş, milli ideyaların yaşadılmasına böyük töhfə vermişdir. Məhz bu uzaqgörən və qətiyyətli fəaliyyət Heydər Əliyevin müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rolunu təsdiqləyən əsas sütunlardan biri kimi dəyərləndirilir.

1990-cı illərin əvvəlləri Azərbaycanın müstəqillik tarixində siyasi və sosial-iqtisadi baxımdan ən gərgin dövrlərdən biri kimi yadda qalmışdır. Ölkənin o vaxtkı rəhbərliyinin səriştəsizliyi və milli mənafeyə zidd mövqeyi, Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və separatçılıq meyillərinin artması ölkədə dərin siyasi böhranın yaranmasına səbəb olmuşdur. 1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı, anarxiya və siyasi böhranın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan dahi lider Heydər Əliyev ölkəni xaosdan və vətəndaş müharibəsindən xilas etmiş, sabitliyin bərpasına nail olaraq yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik təşəbbüslər Azərbaycanın gələcəyinə dair müsbət bir dönüş yaratdı. 1994-cü il mayın 12-də Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli diplomatik fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs razılığı əldə olundu. Bu mühüm sənəd müharibənin daha da şiddətlənməsinin qarşısını alaraq ölkənin sabitliyə doğru irəliləməsində həlledici rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Bu tarixi razılaşma Azərbaycanın müstəqil dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq əzmini, milli maraqlarını müdafiə etmək iradəsini və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirmişdir. “Əsrin müqaviləsi” həm də ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, xarici sərmayələrin cəlbi və uzunmüddətli inkişaf strategiyasının gerçəkləşdirilməsi baxımından fundamental rol oynamışdır.

1995-ci il noyabrın 12-də Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası ötən illər ərzində özünü tam doğrultmuş, demokratikləşmə, insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi, eləcə də bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində aparılan islahatlar üçün etibarlı hüquqi baza kimi çıxış etmişdir.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası Azərbaycanın qlobal aləmdə nüfuzunun möhkəmlənməsinə və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsinə mühüm təkan verdi. Onun rəhbərliyi ilə Azərbaycan nüfuzlu qurumlarla münasibətlərini gücləndirərək qlobal siyasətdə öz sözünü deyən və regional sabitliyə töhfə verən ölkə kimi tanındı. Dövlətimizin milli maraqları beynəlxalq səviyyədə müdafiə olundu, ikitərəfli və çoxtərəfli diplomatik əlaqələr sistemli şəkildə inkişaf etdirildi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycanın enerji strategiyasının əsas sütunlarını təşkil edir. Bu layihələr ölkəmizin təbii ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edərək ölkəmizin regional və qlobal enerji təhlükəsizliyində strateji rolunu möhkəmləndirdi. Ümummilli Liderin diplomatik çevikliyi və gələcəyə hesablanmış qərarları nəticəsində bu kəmərlər ölkəmizin iqtisadi müstəqilliyinə, geosiyasi mövqeyinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət idarəçiliyində milli maraqlara əsaslanan prinsipial mövqe, güclü və sabit dövlət quruculuğu, strateji tərəfdaşlıqların inkişafı və müstəqil siyasət yürütmək kimi əsas prioritetlər müasir dövrün çağırışlarına uyğun şəkildə yenilənərək həyata keçirilir. Bu siyasət nəticəsində ölkənin hərtərəfli inkişafı təmin olunmuş, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktora çevrilmişdir.

Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyaları və uzaqgörən ordu quruculuğu strategiyasının parlaq nəticəsi oldu. Bu Zəfəri mümkün edən amillərdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, sərkərdəlik məharəti və xalqla nümayiş etdirdiyi sarsılmaz birlik idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşan bu tarixi hadisə Ulu Öndərin “Biz güclü dövlət qurmalıyıq” prinsipinin reallığa çevrildiyini təsdiqlədi. Beləliklə, Heydər Əliyevin ideyaları zamanın sınağından uğurla çıxaraq bu gün də milli nailiyyətlərin və strateji qələbələrin ideoloji əsasını təşkil edir.

Səfa Ağayev,

YAP İmişli rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri