Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar məhkəmədə: Ramiz Mehdiyevlə əlaqəsi olanlar cəzalarını çəkəcəklər

Şərurlu İsfəndiyar məhkəmədə: Ramiz Mehdiyevlə əlaqəsi olanlar cəzalarını çəkəcəklər

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

AMEA-nın ekspertinin verdiyi rəydə İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi "dələduz" ifadəsinə və bunun təhqir olduğuna yer verilməyib.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov sözügedən məsələ ilə bağlı məhkəmə prosesində deyib.

Belə ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda vəkil Asim Abbasov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyevanın rəyində ziddiyyət olduğunu diqqətə çatdırıb:

"AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyevin əmri ilə təyin edilib. İnstitutun direktoru ilə Ramiz Mehdiyev, eləcə də İsfəndiyar Axundov arasında əlaqələrin olması barədə məlumatlar var. Bizim sübutlar siyahısından çıxarılmasını istədiyimiz rəyi verən ekspert də sözügedən institutun əməkdaşıdır. Xahiş edirəm ki, bu rəy sübutlar siyahısından çıxarılsın".

Təqsirləndirilən şəxsin vəkili Ülvi Nəsibli əlavə edib ki, Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olmağı cəfəngiyyatdır:

"Xüsusi ittihamçının vəkili təsdiqini tapmamış məlumatlara istinad edir. Belə çıxır ki, Emil Səməndərovun da Ramiz Mehdiyevlə əlaqəsi var. Bunun baxılan işə aidiyyatı yoxdur. İttihamçı tərəfin ekspert rəyinin sübutlar siyahısından çıxarılması üçün verdiyi vəsatətin təmin edilməməsini xahiş edirəm".

Təqsirləndirilən İsfəndiyar Axundov deyib ki, onun Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur:

"Bu işlə aidiyyatı qurumlar məşğul olur. Kiminsə Ramiz Mehdiyevlə əlaqəsi varsa, cəzasını çəkəcək".

Vəkil Asim Abbasov deyib ki, İsfəndiyar Axundovla Ramiz Mehdiyev arasında əlaqənin olması ilə bağlı məlumatlar 2020-2021-ci illərdə yayılıb.

Vəkil Asim Abbasov əlavə edib ki, İsfəndiyar Axundovun yaxın qohumları ona zəng edərək işdən çəkindirməyə çalışıb:

"Hətta qarşı tərəflə Emil Səməndərov arasında 3 ev məsələsi olub. Biz heç bir şey istəmirik. İstədiyimiz odur ki, İsfəndiyar Axundov mediada dediyi sözlərin yanlış olduğunu bildirsin".

Həmçinin təqsirləndirlənin vəkili Ülvi Nəsibli deyib ki, Emil Səməndərovun vəkili Asim Abbasovun xüsusi ittiham qaydasında şikayət etməyə səlahiyyəti olmayıb. O, bu səbəbdən işin icraata götürülməsinin düzgün olmadığını qeyd edib.

Hakim Vüsal Tağıyev vəkil Asim Abbasovun AMEA-nın eksperti Nəzakət Qaziyevanın verdiyi rəyin sübutlar siyahısından çıxarılıb-çıxarılmaması ilə bağlı yekunda qərar veriləcəyini bildirib.

Həmçinin hakim vəkil Asim Abbasovun məhkəməyə ilk rəy verən ekspertlərin dindirilməsi ilə bağlı təqdim etdiyi vəsatəti təmin etməyib.

Daha sonra proses sənədlərin tədqiqi ilə davam edib. Sənədlər tədqiq olunduqdan sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub.

Vəkil Asim Abbasov çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin olunub.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri