Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi?

Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi?

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kremlə yaxın media gərginliyi artırmaq mövqeyi tutub və bu məqsədlə PA-nın sabiq rəhbərinin adını hallandırır
Rusiya qoşunlarının Kiyevə növbəti zərbələri nəticəsində Azərbaycan səfirliyinin binasına da zərər dəyməsi Bakı və Moskva arasında gərginlik yaradıb. Hadisədən sonra Azərbaycan Rusiyanın səfiri Mixail Yevdokimova nota verib. Kremlə yaxın Rusiya mediası isə bu hadisəni Azərbaycana yeni hücum fürsəti bilib.

Məsələn, “Moskovskiy komsomelts” Azərbaycanın səfirlik səviyyəsində Rusiyaya etirazına nədənsə barəsində ev dustaqlığı qərarı verilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi yada salmaqla “cavab verib”.

Məqalədə bildirilir ki, iki ölkə lideri arasında Düşənbədəki danışıqlardan sonra Bakı Rusiyaya qarşı mövqe alıb. “Düşənbə görüşündən az sonra Azərbaycanda siyasi sensasiya yaranıb. Əsrin dörddə birindən artıq Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyev dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham olunub. 87 yaşlı siyasi ağsaqqalın Kremlin maraqları naminə Bakıda hakimiyyəti ələ keçirməyi planlaşdırdığı iddia edilir”. Nəşr Azərbaycanda Ramiz Mehdiyev xəyanətinin Rusiya tərəfindən ifşa edildiyi haqda rəyləri də yada salıb.

Bundan əvvəl də “Kommersant” qəzetində erməni jurnalist Lusine Balasyanın imzası ilə dərc edilən məqalədə Mehdiyev “Bakının boz kardinalı” adlandırılırdı. Qəzet onu uzun illər Azərbaycan siyasətində mühüm rol oynamış, dövlət ideologiyasının formalaşmasında iştirak etmiş “nüfuzlu siyasi fiqur” kimi təqdim edib. “Kommersant” yazırdı ki, Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri “dövlətə xəyanət” maddəsidir və bu, “Rusiya xeyrinə fəaliyyət” kontekstində izah olunur.

Rusiya mediasının bir hissəsi Mehdiyevlə bağlı hadisəni “Bakı ilə Moskva arasında münasibətlərdəki gərginliyin təzahürü” kimi qiymətləndirirdi. Bu məqalələrdə açıq-aşkar Mehdiyev ittiham olunan şəxs yox, “sabiq nüfuzlu dövlət xadimi” kimi göstərilirdi. Kiyevdəki səfirliklə bağlı hadisə gərginlik yaradan kimi Ramiz Mehdiyevin yenidən yada düşməsi diqqət çəkir.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Rusiyanın daxilində müəyyən qüvvələr var ki, hər zaman istəyir və çalışır ki, Moskva-Bakı münasibətləri gərgin olsun. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yazdıqlarının heç bir əsası ola bilməz. İstintaqın obyektiv araşdırmasından sonra dəqiq biləcəyik ki, bu məsələdə kimlərin iştirakı və ya hansı ölkənin rolu olub. Mətbuatda gedən mülahizələr, fikirlər, ittihamlar tam həqiqəti əks etdirə bilməz. Özü də nəzərə alsaq ki, ən ağır ittihamlardan, vətənə xəyanət, dövlət çevrilişi və s. - dən söhbət gedir. Bunu, dediyim kimi, ancaq istintaq orqanı müəyyənləşdirməlidir. İstintaqın yekununu gözləyək”.

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın bu addımlarının bumeranq effekti verəcəyini düşünür: “Rusiyanın Kiyevə noyabrın 14-də endirdiyi hava zərbələri zamanı Azərbaycanın bu şəhərdə yerləşən Ukraynadakı səfirliyinin də hədəf alınması növbəti təxribatıdır. Bundan öncə də səfirliyi hücuma məruz qalmış, dağıntılar törədilib. Moskva bir müddət əvvəl SOCAR-ın Odessa vilayətində olan yanacaq bazası və Azərbaycan qazını Ukraynaya nəql edən stansiya hücumlarına məruz qaldı. Rusiyanın bu dəfəki səfirliyi dağıtması həm də beynəlxalq hüquq normalarına sayğısızlığının bir daha dünyaya nümayişi oldu. "Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası"na görə, diplomatik nümayəndəliklər, səfirliklər toxunulmazdır və onlar hər hansı bir təsirə məruz qala bilməzlər. Odur ki, BMT baş katibi və Belçikanın xarici işlər naziri də Moskvanın bu addımına etirazını bildirdi. Rəsmi Bakı haqlı olaraq Rusiyaya etiraz notasını verməklə, səfirliyə raket hücumunu qəbuledilməz adlandırdı. Lakin Moskva törətdiyi beynəlxalq cinayətə görə üzr istəmək əvəzinə öz ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına start verdi, ağılasığmaz iddialar səsləndirdi, məsuliyyətdən qaçmağa çalışdı. Rusiyanın Kremlə bağlı media qurumları və sifarişlər icra edən politoloqları vahid mərkəzdən düşmənçilik mövqelərini, nifrət və qərəzlərini açıq şəkildə ortaya qoydular. Bu dəfə aparılan çirkin kampaniya zamanı Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin adının hallandırılması, onun "nüfuzlu siyasi fiqur" kimi təqdim edilməsi məkrli niyyətlərdən xəbər verir. Görünür, bu hələ başlanğıcdır. Onun yenidən Rusiya tərəfindən gündəmə gətirilməsi təsadüfi deyil. Növbəti mərhələdə Ramiz Mehdiyevdən Kreml öz məqsədləri üçün istifadə edə bilər.

“Boz kardinal”ın Rusiyanın tapşırıqlarını icra etməsi, nökəri olması hər kəsə məlumdur. Rusiya Azərbaycanla yenidən gərginlik fazasına keçməyi üstün tutursa, bu, Moskva üçün böyük səhv və itki ola bilər. Kremlin məqsədləri aydındır. Təzyiqlə, güc, hədə və şantaj dilində danışmaqla Azərbaycanı haqlı və ədalətli mövqeyindən çəkindirməkdir. Ukrayna ilə əlaqələrinə mane olmaqdır, həmçinin Bakının Moskvanın ənənəvi nüfuz zonaları hesab etdiyi Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirini artırması və möhkəmləndirməsidir. Kremldəkilər bir həqiqəti anlamaq istəmirlər ki, Azərbaycanla dostluq münasibətlərindən daha çox faydalana bilərlər. Eyni zamanda Azərbaycan güclü dövlət olduğundan hansısa “nüfuzlu siyasi fiqur”dan istifadə etməklə nəyəsə nail ola bilməzlər. Həmin “fiqurlar” və onun çevrəsi zamanında ifşa olunub tam zərərsizləşdirilməkdədir. Rusiyanın Azərbaycandakı “5-ci kolon”u son dövrlər ciddi surətdə zəiflədilib. Kremlin zamanında daxili faktorlardan bəhrələnmək planları demək olar ki, iflasa uğradılıb. Azərbaycanın Ukrayna ilə enerji əməkdaşlığını, diplomatik nümayəndəliyini, mədəniyyət bağlarını hədəf seçməklə Kreml istəyinə çata bilməyəcək. Bu addımlar bumeranq effekti verərək Rusiyanın əleyhinə işləyəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri