Icma.az
close
up
RU
Şərurlu İsfəndiyarla işləməkdən imtina edirlər

Şərurlu İsfəndiyarla işləməkdən imtina edirlər

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İctimaiyyətə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun bir qədər əvvəl verdiyi açıqlama hələ də müzakirə edilir. Belə ki, o, özü təhsilsiz olsa da, ətrafına alimləri topladığını və onlara 15-20 min dollar maaş təklif etdiyini bildirib.

Sitat: “Mən çoban oturmuşam başda, alimlər də mənim üçün işləyir, pullar da gəlir”.

Onun bu sözləri birmənalı qarşılanmayıb, hətta dediyi cümlələrlə alimləri təhqir etdiyini bildirənlər də var.

Maraqlıdır, mütəxəssislər İ.Axundovun şirkətində çalışmaqla bağlı təklif alsalar, qəbul edərlərmi?

Globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərov deyib ki, belə bir təklif alsaydı, qəti razı olmazdı:

“Hər zaman dövlət idarələrində işləmişəm. Məktəblər, Bakı və Naxçıvan Hava Limanını tikmişik. Heç vaxt qeyri-ciddi şirkətlərdə çalışmamışam. Adıçəkilən şəxsin də şirkətini ciddi qəbul etmirəm. Vallah, nə deyim?! Məsələn, illər əvvəl “Ayna Sultanova” deyilən ərazidə bina tikmişdilər, bildiyim qədəri ilə onu hələ təhvil verməyiblər. Ona görə onları ciddi saymıram. Bir sözlə, işləməzdim”.

İqtisadçı Natiq Cəfərli də İsfəndiyar Axundovla çalışmağa razı olmayan mütəxəssislərdəndir:

“Əgər belə bir təklif olsaydı, təbii ki, qəbul etməzdim. Çünki mənim siyasi-ictimai fəaliyyətim yalnız maddi qazanca görə deyil, daha çox ideoloji məsələdir. Sevdiyim işlərlə məşğul olmaq istəyirəm. Ona görə də həmin şəxsin şirkətində heç işləməzdim. Hansısa beynəlxalq şirkətlərdən təkliflər almışam, zamanında müəyyən əməkdaşlığım da olub. Lakin adını çəkdiyiniz şəxsin şirkətində işləmək istəməzdim”.

Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov da digər həmsöhbətlərimizlə eyni fikirdədir:

“Hər şey kənardan göründüyü kimi deyil. Adam yaxşı əmək haqqı təklif edə bilər, bu, gözəldir. Amma mənim öz iş prinsiplərim var. Kimsə özünü şah, məni isə kölə kimi görə bilməz! Buna görə kollektiv işlərdə çalışmıram. Heç vaxt elə bir insanla da işləmərəm. Nə əmrində, nə də tabeçiliyində olaram. Mənim üçün maddiyyat ikinci dərəcədir. Öz peşəsinə, şəxsiyyətinə hörmət edən şəxs belə bir adamla işləməz. Bu, mənim şəxsi fikrimdir. O insanı şəxsən tanıdığım üçün necə biri olduğunu bilirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:524
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Aprel 2025 01:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri