Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Şərurlu İsfəndiyarla Ruben Vardanyanı birləşdirən cəhət

Şərurlu İsfəndiyarla Ruben Vardanyanı birləşdirən cəhət

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdan çox-çox böyük, əlbəttə ki, həcm və çəki deyil, var-dövlət baxımından, xeyli milyonçu-milyarderimiz var. Ancaq bizim dövlətdə yüksək vəzifə tutmadan, qeyri-neft sektorunda çalışan biri kimi Şərurlu İsfəndiyar cəlbedicidir və onun bu səviyyəyə hansı elm, bilgi, fəhm, siyasət, işgüzarlıqla gəldiyi hamı üçün maraqlıdır.

Buna görə də Şərurlu İsfəndiyar maraqlıdır və jurnalistlər də bu “marağı” danışdırır. Və o, danışdıqca hazırda Bakıda həbsdə olan Ruben Vardanyan gözümün önünə gəlir:

1. İsfəndiyar Axundov çoban olub, hərf tanımır, indi də yazı-pozu bilmir.

Vardanyan orta məktəbi qızıl medalla bitirib, Rusiyaya gedib, Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini də fərqlənmə ilə başa vurub, Rusiya vətəndaşı olub və böyük biznesə orda girişib;

2. İsfəndiyar Axundovun 5 övladı var - internetdə axtarış verin, ən bahalı maşınlar, kiminsə haqqına girmələr çıxacaq, bir də 2005-ci ildə Türkiyə səfirliyinin yanında milyarder oğlunun kimisə gülləbaran etməsini oxuyacaqsınız.

İsfəndiyar Axundovun övladları Qarabağda xidmət keçibmi? Ümumiyyətlə, xidmətdə olublarmı?

Vardanyanın 4 övladı var, Rusiya vətəndaşlarıdır, ancaq oğlu Rusiya vətəndaşı olsa da, Aprel savaşından dərhal sonra Ermənistan ordusuna yazılıb və Qarabağda “xidmət keçib”;

3. İsfəndiyar Axundov ikinci arvadı - 27 yaşlı xanımla necə tanış olmasından danışır. Restoranda “iki qadın, iki kişi” oturublarmış (yəni özü, dostu və iki qadın), qonşu masada ad günü keçirən ailədəki bir xanımı görür, qalxır, gedir və bu qadını alacağını bildirir. Qalmaqal yaranır, ailə məclisi yarımçıq qoyub gedir, İsfəndiyar isə axtarır, tapır və o xanımı ikinci arvad olaraq alır. Və deyir ki, o vaxt mənim 50-dən çox yaşım vardı.

İsfəndiyar 50 yaşı keçəndən sonra restoranda kef məclisindən qalxıb qonşu masadakı ad gününü zay edir və ikinci arvadı almağa girişirdi, yaşı 50-ni keçəndən sonra Ruben Vardanyan arvadını, uşaqlarını, 1,7 milyard dollar olaraq qiymətləndirilən sərvətini, biznesini qoyub, Xankəndiyə gəlir, burada yaşamağa başlayır və ermənilərin “dirəniş ruhuna” dəstək verir;

4. İsfəndiyar Aundovun bir dəfə də olsun, hansısa milli təşəbbüsə dəstək verdiyini oxumamışıq, görməmişik, eşitməmişik.

Ruben Vardanyan isə 2001-ci ildən həbs olunana qədər yüzlərlə layihəni dəstəkləyib, erməni yalanlarını dünyada yaymaq üçün hər şey edib, erməni ziyalılarını, sənət adamlarını himayə edib, onlara maddi yardım göstərib, “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı Azərbaycana qarşı böyük kampaniyalar aparan qurumu dəstəkləyib, xankəndidə “Bizim dağlar”ı yaradıb, xeyriyyəçilik edib, təbliğat aparıb, silah anbarı yaradıb, PUA alıb...

5. İsfəndiyar Axundovun xeyriyyəçilik təşəbbüsləri ilə bağlı heç bir bilgi yoxdur - qaçqınlar, məcburi köçkünlər, Qarabağdan didərgin düşənlər üçün bircə bina tikib, hədiyyə etdiyi haqda kimsə bir fakt deyə bilməz. Tikdiyi binada lift qırılmış, ailə xəsarət almışdı, mediaya açıqlaması bu oldu ki, 150 kiloluq qadın minib liftə (guya özü 60 kiloluq “incəbel” kişidir), lift ona görə qırılıb. Şərurlu İsfəndiyarın Azərbaycan insanına, qadınına dəyəri budur.

Əvəzində bayaq qeyd etdiyimiz kimi, Şərurlu İsfəndiyarın övladlarının milyonluq mülkləri və yaxud avtomobilləri haqda hər yerdə oxuya bilərsiniz.

Ruben Vardanyanın övladlarının harınlığı haqda oxuya bilməzsiniz, ancaq 2001-ci ildən 2023-cü ilə qədər - 22 il ərzində Ermənistanda və separatçı qurumdakı ermənilər üçün xeyriyyəçilik məqsədi ilə sahibi olduğu şirkət tərəfindən rəsmi qaydada 700 milyon dollar (!!!) xərcləndiyini “Forbes” yazmışdı. 700 milyon dollar - yəni 1,2 milyard manat. Bu, hələ rəsmən xeyriyyəçilik məqsədilə xərclənənlərdir. Digər fəaliyyətlər bu məbləğə daxil deyil.

6. İsfəndiyar Axundov Bakıda ev tikib-satmaqdan başqa hansısa fəaliyyətini oxuduğumu xatırlamıram.

“Yerusəlim Post” yazır ki, İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Ruben Vardanyan olub.

7. İsfəndiyar Axundov Yasamalda bir-birinin qarnında tikdiyi həyətsiz binalarla Bakının arxitekturasını xaraba qoyub, bu şəhərdə yaşamı dözülməz edə-edə, yaşıllıqların yerində binalar ucalda-ucalda milyardlar qazanıb, pul gücünə arvadlarının sayını artıranda Vardanyan Rusiyada qazandığı milyardları həmvətənlərinə tökürdü...

8. Hər ikisi məhkəmədədir, həm də taleyin qismətinə bax ki, hər ikisinin işi Bakı məhkəməsindədir. İsfəndiyar Axundov həmkarını təhqir etdiyinə görə, Ruben Vardanyan isə özünü və sərvətini Azərbaycanın işğalına həsr etdiyinə görə.

Şərurlu İsfəndiyarın məhkəmədə davranışını hamınız bilirsiniz.

Bu da Ruben Vardanyanın Bakıdan ailəsinə göndərdiyi müraciətin sonundakı etirafı: “Mən nəyə getdiyimi (nə etdiyimi) bilirdim və daha ağır şərtlərə hazır idim və hazıram. Mən qurban deyiləm, mənə görə acımaq lazım deyil. Çünki bu mənim şüurlu seçimim olub”.

Ruben Vardanyan əsl erməni şovinist, ekstremist, azərbaycanlıların qanına susamış qaniçən, faşistdir, amma öz xalqını talayan oğru deyil.

İsfəndiyar Axundov çoxsaylıq oğurluqlar etdiyini deyir...

Ruben Vardanyanla Şərurlu İsfəndiyarın yalnız bir oxşar cəhəti var: İkisi də Azərbaycana qarşıdır - biri şüurlu şəkildə, o biri şüursuz...

Azər Məlikli

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Dekabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri