Icma.az
close
up
RU
Servantes İnstitutunun direktoru ADU nun qonağı olub

Servantes İnstitutunun direktoru ADU nun qonağı olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı,30 yanvar, AZƏRTAC

Yanvarın 30-da İspaniya Krallığının İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara de Rey və İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

ADU-dan AZƏRTAC-a bildirilib ki, qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən ali təhsil ocağının rektoru, akademik Kamal Abdulla Azərbaycan və İspaniya arasında elm, təhsil və mədəniyyət sahəsində qurulan əməkdaşlıqdan danışıb.

Qeyd olunub ki, ADU-da ispan dili çox yüksək səviyyədə tədris olunur və tələbələrin bu dilə, İspan mədəniyyətinə və ədəbiyyatına olan marağı getdikcə artır. ADU-da fəaliyyət göstərən İspan dili Mərkəzi haqqında məlumat verən rektor bildirib ki, mərkəzin fəaliyyətinin əsas məqsədi tələbələrin ispan dili və mədəniyyətini öyrənməsinə, onların elmi araşdırmalarına dəstək olmaqdır.

İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia bildirib ki, Azərbaycan və İspaniya arasında əməkdaşlıq münasibətlərinin inkişafı təhsil və mədəniyyət sahəsində də özünü göstərməkdədir. Azərbaycan Dillər Universitetində ispan dilinin tədrisini yüksək qiymətləndirən diplomat bu ixtisas üzrə təhsil alan tələbələrin bilik səviyyəsindən məmnun qaldığını bildirib.

Qeyd olunub ki, ispan dilini öyrənən tələbələr İspaniyanın tarixinə, ədəbiyyatına və mədəniyyətinə böyük maraqla yanaşırlar. Görüşdə İspaniya Krallığının İstanbul Servantes İnstitutu ilə ADU arasında elmi, ədəbi-mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif layihələrin reallaşdırılması məsələsi müzakirə olunub.

İspaniya Krallığının İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara de Rey qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, İspan dilinin tədrisi və öyrənilməsi ilə bağlı ADU ilə əməkdaşlıq istiqamətində bir sıra layihələrin həyata keçirilməsi gözlənilir. Əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin məqsədi İspan dilinə olan marağı artırmaq və elmi, mədəni mübadilə proqramlarını həyata keçirməkdir.

Söhbət zamanı Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Səfir saatı” çərçivəsində görüşün keçirilməsi və İspan dilinin tədrisi ilə bağlı razılıq əldə olunub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri