Icma.az
close
up
RU
Pakistanlı tədqiqatçı Ədəbiyyat İnstitutunun qonağı olub

Pakistanlı tədqiqatçı Ədəbiyyat İnstitutunun qonağı olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 sentyabr, AZƏRTAC

Pakistanın Müsəlman İnstitutunun (Muslim Institute) tədqiqatçısı Muhammed Azeem AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. Qonaq əvvəlcə Ədəbiyyat İnstitutunun Pakistan Mərkəzi ilə tanış olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov Mərkəzin fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib.

Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli qonağa Pakistan ədəbiyyatının araşdırılması ilə bağlı həyata keçirilən işlərdən bəhs edib. Direktor müavini Ədəbiyyat İnstitutunun Pakistanın Ədəbiyyat Akademiyası, Müsəlman İnstitutu və Lahor Universiteti ilə birlikdə bir sıra elmi konfrans, sessiyalar təşkil etdiyini diqqətə çatdırıb. O, Pakistanın görkəmli şairi Məhəmməd İqbal haqqında institutun əməkdaşı Bəsirə Əzizəliyevanın tədqiqat apardığını və eləcə də bu mövzuda monoqrafiyasının, həmçinin İqbalın əsərlərinin tərcümə edilərək kitab halında institut tərəfindən nəşr edildiyini bildirib. Pakistanın sufi şairi Sultan Bahonun əsərlərinin institut tərəfindən çapa hazırlandığını diqqətə çatdırıb.

Muhammed Azeem çıxışında Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın, birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Müsəlman İnstitutunun ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə Bakı Dövlət Universitetinin urdu dili müəllimi Eldost İbrahimov, Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva da çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri