Sərvət Çətin: Komandada artıq özgüvən geri qayıdıb
Icma.az, Mia.az saytına istinadən bildirir.
Türkiyənin 1-ci liqasında çıxış edən "Amedspor" komandasının baş məşqçisi Sərvət Çətin iddialı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Ərsun Yanalın istefasından sonra sükanı arxasına keçdiyi komandada artıq özgüvənin geri qayıtdığını deyib: "Hazırda çox yaxşı irəliləyirik. Aldığımız xallar oyunçuların özünəinam yaratdı, mənəvi və motivasiya qaynağı oldu. İstəyirik ki, ilk yarımilin fasiləsinə qədər maksimum xal toplayaq. İnanıram ki, qalib gəldikcə, inam daha da artacaq və hər şey daha yaxşıya doğru gedəcək. Bir sözlə, irəlidə daha yaxşı komanda görə bilərsiniz".
Yanvarda transferlərə də toxunan Çətin bildirib ki, əslində, komandasını bütöv görmək istəyir: "Heç kimin ayrılmasını istəmirəm. Məqsədim komandanı bütöv görməkdir. Təbii, getmək istəyənin qarşısına da durmaq olmaz. Bundan başqa, heyətə az düşən oyunçulara kubok matçında şans verəcəyik. Bu, biziə futbolçular haqda daha dəqiq qərar verməyə kömək edəcək..."
Fərid Aslan
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Dekabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















