Icma.az
close
up
RU
Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı

Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Vətəndaşın əmlakına giriş-çıxış yolu, kommunal xətlər başqa şəxsin torpağından keçsə belə o, servitut müqaviləsi bağlayaraq başqasına məxsus torpaq sahəsindən istifadə edə bilər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, vətəndaşlar mülkiyyətlərində olan torpaq sahələrinə giriş-çıxış yolu kimi, o cümlədən müxtəlif kommunikasiya xətlərinin, boruların çəkilməsi məqsədilə digər şəxslərə məxsus torpaqlardan hər hansı hüquqi əsas (servitut müqaviləsi) olmadan istifadə edir. Bu isə tərəflər arasında mübahisələrə yol açır.

Mülki Məcəllənin 255-ci maddəsində nəzərdə tutulmuş servitut anlayışı vətəndaşların bu probleminin qanunvericiliyə uyğun olaraq həllində əsas vasitədir. Belə ki, servitut müqaviləsinə əsasən vətəndaş özünə məxsus torpaq sahəsinin bir hissəsindən başqa şəxsə piyada və avtomobil keçidinə, elektrik, rabitə xətlərinin, boru kəmərlərinin, su təchizatı üçün kanal (arx) çəkilişinə və digər bu kimi ehtiyaclarının təmin edilməsinə dair icazə verir.

Servitut hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və tərəflərin birlikdə istifadə etdiyi hissə servitut verənin mülkiyyətində qalır. Yəni, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmçinin, müqavilə əsasında mülkiyyətçi ilə yanaşı digər şəxsin də hüquqları qorunur. Belə ki, servitutla yüklü edilmiş torpaq sahəsi satılsa və hüquqlar başqa şəxsə keçsə belə, servitut saxlanılır.

Qeyd edək ki, notariat qaydada təsdiqlənən müqavilədə servitutla yüklü olan daşınmaz əmlakın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş şəxslərdən sahədən istifadə üçün müəyyən haqq nəzərdə tuta bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

Servitutun dövlət qeydiyyatı üçün müraciət və sənədlərin qəbulu elektron şəkildə həyata keçirilir. Belə ki, istifadəçilər İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq xidməti seçməklə özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə müraciət edə bilərlər. Elektron qayda ilə yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti PHŞ-nin ərazi idarələrinə də müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri