Sərxan Hacıyev: Amputant millimizin bürünc medal qazanması yaxşı nəticədir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 oktyabr, AZƏRTAC
Sevindiricidir ki, amputant futbolu üzrə Millətlər Liqasının oyunları Azərbaycanda keçirildi. Millimiz də turnirdə yaxşı çıxış etdi.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev amputant futbolu üzrə Azərbaycan millisinin Bakıda keçirilən Millətlət Liqasında bürünc medal qazanması barədə danışarkən deyib.
O, nəticəni müsbət qiymətləndirdiklərini bildirib: “Komandamız bürünc medalla kifayətləndi. Təbii ki, yığmamızdan daha yaxşı nəticə gözləyirdik. Amma bu nəticə də bizi qane edir. Futbolçularımız axıra kimi mübarizə apardılar. Nəticəni yaxşı qiymətləndiririk”.
Qeyd edək ki, millimiz Belçikaya 3, Niderlanda 1 cavabsız qolla qalib gəlib, İsraillə qolsuz heç-heçə edib, Ukraynaya 1:3 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Oktyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















