Icma.az
close
up
RU
Sərxan Hacıyev yeni sponsordan danışdı

Sərxan Hacıyev yeni sponsordan danışdı

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə geyim brendi “Danilov” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Danilov” brendinin təsisçisi İlyas Danilov imzalayıblar.

Sazişə əsasən, “Danilov” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.

Sərxan Hacıyev tədbirdə çıxış edərək, nüfuzlu yerli şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib:

“Bugünkü əməkdaşlıq münasibətilə hər iki tərəfi və ümumilikdə futbol ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bu müqavilənin müsbət nəticələrini görəcək və gələcəkdə bir-birimizin uğurlarına sevinəcəyik. Bizim üçün bu əməkdaşlıq xüsusi önəm daşıyır. Çünki Azərbaycan brendi ilə işbirliyinə başlayırıq. İnanıram ki, “Danilov” brendinin məhsullarından istifadə edərək, qələbələrə doğru inamlı addımlar atacağıq”.

İlyas Danilov da öz növbəsində AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb:

“Danilov” şirkəti olaraq bizim üçün çox özəl gündür. AFFA ilə müqavilə bağlayırıqsa, deməli, Azərbaycanda sözünü deyən brendlərdən biriyik. Əminəm ki, bu sövdələşmə hər iki tərəf üçün uğurlu olacaq. Birlikdə davamlı olaraq yalnız uğurlara imza atacağımıza inanırıq”.

Tədbirin sonunda milli komandamızın çərçivəyə salınmış xüsusi forması AFFA tərəfindən “Danilov”a hədiyyə olunub. Həmçinin “Danilov” brendi Azərbaycanın dünya şöhrətli hakimi Tofiq Bəhramovun 1966-cı ildə keçirilən dünya çempionatının finalındakı məşhur qərarı ilə qeydə alınan qolun əks olunduğu xüsusi rəsm əsərini AFFA-ya hədiyyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see297

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see277

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see264

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see263

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see249

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see248

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see238

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see236

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see234

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see233

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see230

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see228

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see214

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see214

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see214

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see203

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see191

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri