Icma.az
close
up
RU
Sərxan Hacıyev: İnanıram ki, millimiz dünya çempionatında uğurlu çıxış edəcək

Sərxan Hacıyev: İnanıram ki, millimiz dünya çempionatında uğurlu çıxış edəcək

Icma.az bildirir, Sportal.az portalına istinadən.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Ağayev U-20 milli komandasının baş məşqçisi Rui Jorjenin mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, federasiya rəsmisi portuqaliyalı mütəxəssisin təyinatı barədə fikirlərini bildirib:

- 2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 yığmasının baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək. Rui Jorjenin iki köməkçisi var ki, onlar da Azərbaycanda yaşayacaqlar. Hər ikisi portuqaliyalıdır. Yığmamıza həm də yerli və gənc məşqçilərdən biri təklif olunacaq. Həmin məşqçi haqda ətraflı məlumat verə bilməyəcəyik. Yaxın vaxtlarda yerli məşqçi təyinatı haqda məlumat veriləcək.

- Rui Jorjenin qarşısına hansı məqsədlər qoymusuz? Maaşının 500 min avro olması doğrudur?

- Bu günə qədər məşqçilərlə bağlı müqavilə şərtlərini açıqlamırıq.

- Baş məşqçi postu üçün başqa namizədlər var idi?

- Fevralın 19-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi və bir neçə namizəd üzərində məsələyə baxıldı. Jorjenin namizədliyi təsdiqlənəndə, iclasdan sonra hüquqi proseslər yerinə yetirildi. İcraiyyə Komitəsinin tapşırığı olmuşdu ki, hüquqi proseslər həllini tapsın. Təyinat olanda ən əsas məqam təcrübə idi. Rui Jorjenin böyük təcrübəyə malik olması... Portuqaliya yığmasında uzun illər işləyib. Bu məsələlər əsas götürüldü.

- Baş məşqçinin qarşısına əsas hansı hədəf qoyulub? Dünya çempionatında uğurlu çıxış, yoxsa əsas milliyə gələcək üçün futbolçu vermək?

- İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin. Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan məqsədlərdir.

- Dünya çempionatının açılış oyunu nə vaxt keçiriləcək? Bakıda olacaq?

- Hələ danışıqlar gedir. Biz və FİFA, Özbəkistan Futbol Federasiyası ilə əlaqədəyik. Aylar bəllidir, tarixlər yox. Sentyabrdan oktyabra qədər keçirilməlidir, turnir 21-23 günlük olmalıdır.

- Ev sahibi kimi layiqli oynamağa məcburuq. Belə olanda halda, kütləvi milliləşdirmə prosesi baş verə bilər? Vaxtı ilə millilərə Almaniyadan xeyli sayda türkiyəli oyunçu cəlb edilmişdi..

- Birmənalı şəkildə qeyd edə bilərəm ki, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu Azərbaycan əsilli olsun ya da valideyinlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-i milliləşdirilmiş olmayacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri