Icma.az
close
up
RU
Səsdə xırıltı, boğaz tutulması Yeni COVID ştammının əlamətləri

Səsdə xırıltı, boğaz tutulması Yeni COVID ştammının əlamətləri

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni XFG koronavirus ştammını, "Stratus" adlanan variantı müşahidə altındakı variantların siyahısına daxil edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yoluxma halları xüsusən ABŞ və Avropanın bir sıra ölkələrində artır. 

Böyük Britaniyada bu ştamm artıq dominant olub və bütün yoluxma hallarının təxminən 63 faizini təşkil edir. Xəstəliyin ilk əlamətlərindən biri səsin xırıltılı və ya boğuq olmasıdır. Əvvəllər bu əlamət COVID-19 üçün xarakterik deyildi, bu isə onu erkən diaqnostika üçün xüsusilə vacib edir.

Bundan əlavə, yeni ştammın digər geniş yayılmış əlamətlərinə boğaz ağrısı, öskürək, yüngül təngnəfəslik, burun axması, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, ürəkbulanma, yüngül hərarət və bəzən dad və ya qoxu hissinin itməsi daxildir.

Risklər və təhlükələr

"Stratus" əvvəlki ştammlarla müqayisədə daha ağır xəstəlik formalarına səbəb olmasa da, yüksək yoluxuculuğu və immun cavabı qismən dolanmaq qabiliyyəti onu xüsusilə təhlükəli edir. Əvvəllər yoluxmayan və ya vaksin olunmayan şəxslər daha yüksək risk altındadır. Böyük Britaniyada xəstəxanaya yerləşdirilmə hallarının artdığı müşahidə olunur, xüsusən yaşlılar və immun sistemi zəif olan şəxslər arasında.

Peyvəndləmə və profilaktika

Peyvəndləmə ağır xəstəlik və hospitalizasiya hallarının qarşısını almaq üçün ən effektiv üsul olaraq qalır. Avrops İttifaqı ölkələri payız mövsümünə COVID-19, qrip və respirator-sinsitial virus (RSV) əleyhinə peyvəndləmə kampaniyasına hazırlaşırlar.

"Stratus"un əlamətləri çox hallarda soyuqdəymə və ya qripi xatırladır, bu da test olmadan diaqnozu çətinləşdirir. Lakin digər tənəffüs əlamətləri fonunda səsin xırıltılı olması məhz bu ştammın göstəricisi ola bilər.

Mütəxəssislər nəfəs darlığı, sinədə ağrı və ya təzyiq, başgicəllənmə, şüurun qarışması, güclü susuzluq, orqanizmin susuzlaşması və yüksək hərarət hallarında həkimə müraciət etməyi məsləhət görürlər.

Profilaktika üçün əllərin gigiyenasına riayət etmək,ictimai yerlərdə maskalardan istifadə etmək, xəstə şəxslərlə təmasdan qaçmaq tövsiyə olunur. Əlamətlər yarandıqda evdə qalmaq və tövsiyə edilən qruplara daxil olan şəxslərin peyvənd olunması.

"Stratus" ştammı göstərir ki, COVID-19 pandemiyası hələ bitməyib və səhiyyə sistemi yeni çağırışlarla üzləşməkdə davam edir. Xəstəlik formaları daha ağır olmasa da, onun yayılması hospitalizasiya hallarının artmasına səbəb ola bilər. Peyvəndləmə və profilaktik tədbirlərə əməl etmək yoluxma risklərini azaltmaq və epidemioloji vəziyyətə nəzarət etmək üçün əsas vasitələrdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri