Icma.az
close
up
RU
Yeni COVID ştammının əlamətləri KONKRET

Yeni COVID ştammının əlamətləri KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

2025-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni XFG koronavirus ştammını, “Stratus” adlanan variantı müşahidə altındakı variantların siyahısına daxil edib.

KONKRET.az lentaz-a istinadla xəbər verir ki, yoluxma halları xüsusən ABŞ və Avropanın bir sıra ölkələrində artır.

Böyük Britaniyada bu ştamm artıq dominant olub və bütün yoluxma hallarının təxminən 63 faizini təşkil edir. Xəstəliyin ilk əlamətlərindən biri səsin xırıltılı və ya boğuq olmasıdır. Əvvəllər bu əlamət COVID-19 üçün xarakterik deyildi, bu isə onu erkən diaqnostika üçün xüsusilə vacib edir.

Bundan əlavə, yeni ştammın digər geniş yayılmış əlamətlərinə boğaz ağrısı, öskürək, yüngül təngnəfəslik, burun axması, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, ürəkbulanma, yüngül hərarət və bəzən dad və ya qoxu hissinin itməsi daxildir.

Risklər və təhlükələr
“Stratus” əvvəlki ştammlarla müqayisədə daha ağır xəstəlik formalarına səbəb olmasa da, yüksək yoluxuculuğu və immun cavabı qismən dolanmaq qabiliyyəti onu xüsusilə təhlükəli edir. Əvvəllər yoluxmayan və ya vaksin olunmayan şəxslər daha yüksək risk altındadır. Böyük Britaniyada xəstəxanaya yerləşdirilmə hallarının artdığı müşahidə olunur, xüsusən yaşlılar və immun sistemi zəif olan şəxslər arasında.

Peyvəndləmə və profilaktika

Peyvəndləmə ağır xəstəlik və hospitalizasiya hallarının qarşısını almaq üçün ən effektiv üsul olaraq qalır. Avrops İttifaqı ölkələri payız mövsümünə COVID-19, qrip və respirator-sinsitial virus (RSV) əleyhinə peyvəndləmə kampaniyasına hazırlaşırlar.

“Stratus”un əlamətləri çox hallarda soyuqdəymə və ya qripi xatırladır, bu da test olmadan diaqnozu çətinləşdirir. Lakin digər tənəffüs əlamətləri fonunda səsin xırıltılı olması məhz bu ştammın göstəricisi ola bilər.

Mütəxəssislər nəfəs darlığı, sinədə ağrı və ya təzyiq, başgicəllənmə, şüurun qarışması, güclü susuzluq, orqanizmin susuzlaşması və yüksək hərarət hallarında həkimə müraciət etməyi məsləhət görürlər.

Profilaktika üçün əllərin gigiyenasına riayət etmək,ictimai yerlərdə maskalardan istifadə etmək, xəstə şəxslərlə təmasdan qaçmaq tövsiyə olunur. Əlamətlər yarandıqda evdə qalmaq və tövsiyə edilən qruplara daxil olan şəxslərin peyvənd olunması.

“Stratus” ştammı göstərir ki, COVID-19 pandemiyası hələ bitməyib və səhiyyə sistemi yeni çağırışlarla üzləşməkdə davam edir. Xəstəlik formaları daha ağır olmasa da, onun yayılması hospitalizasiya hallarının artmasına səbəb ola bilər. Peyvəndləmə və profilaktik tədbirlərə əməl etmək yoluxma risklərini azaltmaq və epidemioloji vəziyyətə nəzarət etmək üçün əsas vasitələrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri