Icma.az
close
up
RU
SƏSİ KÜYDƏN AYIRA BİLMƏYƏNLƏR...

SƏSİ KÜYDƏN AYIRA BİLMƏYƏNLƏR...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fazil MUSTAFA

Hansısa hadisəyə kütləvi baxışa heç vaxt aldanmayın. Məsələn, Qarabağ məsələsinə ənənəvi erməni baxışı ilə siyasətçi Nikolun baxışı kökündən fərqlənir. Adam deyir ki, erməni Qarabağa qayıtsa yenə də separatizm ocağı yarada bilər və Ermənistan dövləti yenə də bütün enerjisini bu separatizmi dəstəkləməyə yönəldərək, müstəqilliyini təhlükəyə soxar. Haqlı deyilmi? İndi xəstə erməni cəmiyyətinə bunu izah etmək asan deyil ki?

İndi bizdə də eyni vaxtda müqayisə aparmağa və ibrət almağa dəyər iki hadisə baş verdi.

Birincisi, Azərbaycan polisi Şəhidlər Xiyabanında təlxəklik edib klip yayınlayan üç turisti (ərəbi deyil ha!) saxladı.

İkincisi isə yaxalarında İranın dini lideri Xameneinin şəkillərini vurub ehsan paylayan 5 azərbaycanlı qadını polisimiz saxladı. Hər iki addıma görə haqlı olaraq vətəndaşlarımız polisimizi təqdir etdi.

İndi gələk işin mahiyyətinə. Bu turistlər sadəcə təlxəklik ediblər və bəlkə də izah olunsaydı ki, bura hər bir azərbaycanlının həssas məkanıdır, bu cür meymunluğa rəvac verməzdilər. Yəni videodan da görünür ki, bu işi qanmazlıqdan ediblər və qanuna uyğun da cəzalarını alacaqlar. Ancaq bir gerçək var ki, bu üç turistin burada uyuyan şəhidlərin ölümündə yaxından-uzaqdan əlaqəsi olmayıb. Sosial şəbəkədə bu qədər sərt ritorika da anlaşılandır, ancaq digər bir hadisə ilə müqayisədə küyün boğazdan yuxarı olduğunu sezməyə bilmirsən.

Baxın, bu qəhrəmanlarımızın böyük əksəriyyəti birbaşa və ya dolayı yolla ermənilərə qarşı Vətən savaşında şəhadətə qovuşublar. Bu savaşda ermənilərə açıq və birmənalı dəstəyi qonşu ölkədən Xamenei, Qasım Süleymani və başqa dini-siyasi rəhbərlər verib. Demək ki, şəhidlərimizin qanı bilavasitə bu dəstəklə tökülüb. O halda yaxasından onun şəklini asıb, “ağam” deyənlər, ona mərceyi-təqlid obrazında itaət edən azərbaycanlılar şəhidlərimizi daha çox təhqir edib, yoxsa bir neçə təlxəklik edən turist?

Diqqət yetirin, bu ikinci hadisə birincidən çox az etiraz doğurdu, hətta mediada belə ciddi işıqlandırılmadı. Unutmayın, bu qadınları düşmənin şəkillərini döşündən asdırıb yolunuza çıxaranlar, ilk fürsətdə müstəqil dövlətimizə zərbə vurmaq üçün istifadə edəcəklər. Minlərlə ziyarətə gedib dini duyğuları üzərindən verbovka olunmuş azərbaycanlılar var, bunların içində qadınların sayı da az deyil. Şəhidləri təhqir edənlərin sırası yalnız bunlarla məhdudlaşmır. O azərbaycanlı ki, hələ də dərk etmirsə onun təhlükəsiz şəraitdə yaşamasının səbəbkarı məhz şəhidlərimiz və qazilərimizdir, bu da onlara hörmətsiz yanaşma deyilsə, bəs nədir?

Adam görmədiyi, bilmədiyi, ordan-burdan nağıllarla beyninə oturtduğu tarixi-mifik şəxslər üçün əməlli-başlı sitəm edir, yeri gələndə terror törədir, Azərbaycan davasının şəhidlərinə yönəlik eyni duyğuları yaşamır. Şəhid deyəndə, yalnız əlində silah tutub döyüşənləri nəzərdə tutmuram. Həm də əlində qələm, beynində elm, qolunda güc toplayıb Azərbaycan uğruna ömrünü fəda etmiş şəxsiyyətləri düşünürəm.

Ona görə də səsi küydən ayırmayanların öz səsi ola bilməz!

Həmişə küyə gedəcəklər, küyə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Avqust 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri