Icma.az
close
up
RU
“Səsi küydən ayırmayanların öz səsi ola bilməz! Həmişə küyə gedəcəklər” Fazil Mustafa

“Səsi küydən ayırmayanların öz səsi ola bilməz! Həmişə küyə gedəcəklər” Fazil Mustafa

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turistlər sadəcə təlxəklik ediblər və bəlkə də izah olunsaydı ki, bura hər bir azərbaycanlının həssas məkanıdır, bu cür meymunluğa rəvac verməzdilər. Videodan da görünür ki, bu işi qanmazlıqdan ediblər və qanuna uyğun da cəzalarını alacaqlar.

Hansısa hadisəyə kütləvi baxışa heç vaxt aldanmayın. Məsələn, Qarabağ məsələsinə ənənəvi erməni baxışı ilə siyasətçi Nikolun baxışı kökündən fərqlənir. Adam deyir ki, erməni Qarabağa qayıtsa yenə də separatizm ocağı yarada bilər və Ermənistan dövləti yenə də bütün enerjisini bu separatizmi dəstəkləməyə yönəldərək müstəqilliyini təhlükəyə soxar. Haqlı deyilmi? İndi xəstə erməni cəmiyyətinə bunu izah etmək asan deyil ki?”.

Gununsesi.info xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa deyib. 

Deputat bildirib ki, indi bizdə də eyni vaxtda müqayisə aparmağa və ibrət almağa dəyər iki hadisə baş verdi: 

“Birincisi, Azərbaycan polisi Şəhidlər Xiyabanında təlxəklik edib klip yayınlayan üç turisti (ərəbi deyil ha!) saxladı. İkincisi isə yaxalarında İranın dini lideri Xameneyinin şəkillərini vurub ehsan paylayan 5 azərbaycanlı qadını polisimiz saxladı. Hər iki addıma görə haqlı olaraq vətəndaşlarımız polisimizi  təqdir etdi. İndi gələk işin mahiyyətinə. Bu turistlər sadəcə təlxəklik ediblər və bəlkə də izah olunsaydı ki, bura hər bir azərbaycanlının həssas məkanıdır, bu cür meymunluğa rəvac verməzdilər. Yəni videodan da görünür ki, bu işi qanmazlıqdan ediblər və qanuna uyğun da cəzalarını alacaqlar. Ancaq bir gerçək var ki, bu üç turistin burada uyuyan şəhidlərin ölümündə yaxından-uzaqdan əlaqəsi olmayıb. Sosial şəbəkədə bu qədər sərt ritorika da anlaşılandır, ancaq digər bir hadisə ilə müqayisədə küyün boğazdan yuxarı olduğunu sezməyə bilmirsən. Baxın, bu qəhrəmanlarımızın böyük əksəriyyəti birbaşa və ya dolayı yolla ermənilərə qarşı Vətən savaşında şəhadətə qovuşublar. Bu savaşda ermənilərə açıq və birmənalı dəstəyi qonşu ölkədən Xameneyi, Qasım Süleymani və başqa dini-siyasi rəhbərlər verib. Demək ki, şəhidlərimizin qanı bilavasitə bu dəstəklə tökülüb. O halda yaxasından onun şəklini asıb ağam deyənlər, ona mərceyi-təqlid obrazında itaət edən azərbaycanlılar şəhidlərimizi daha çox təhqir edib, yoxsa bir neçə təlxəklik edən turist?”.

Parlament üzvü vurğulayıb ki, ikinci hadisə birincidən çox az etiraz doğurdu, hətta mediada belə ciddi işıqlandırılmadı: 

“Unutmayın, bu qadınları düşmənin şəkillərini döşündən asdırıb yolunuza çıxaranlar, ilk fürsətdə müstəqil dövlətimizə zərbə vurmaq üçün istifadə edəcəklər. Minlərlə ziyarətə gedib dini duyğuları üzərindən verbovka olunmuş azərbaycanlılar var, bunların içində qadınların sayı da az deyil. Şəhidləri təhqir edənlərin sırası yalnız bunlarla məhdudlaşmır. O azərbaycanlı ki, hələ də dərk etmirsə onun təhlükəsiz şəraitdə yaşamasının səbəbkarı məhz şəhidlərimiz və qazilərimizdir, bu da onlara hörmətsiz yanaşma deyilsə, bəs nədir? Adam görmədiyi, bilmədiyi, ordan-burdan nağıllarla beyninə oturtduğu tarixi-mifik şəxslər üçün əməlli-başlı sitəm edir, yeri gələndə terror törədir, Azərbaycan davasının şəhidlərinə yönəlik eyni duyğuları yaşamır. Şəhid deyəndə, yalnız əlində silah tutub döyüşənləri nəzərdə tutmuram. Həm də əlində qələm, beynində elm, qolunda güc toplayıb Azərbaycan uğruna ömrünü fəda etmiş şəxsiyyətləri düşünürəm. Ona görə də səsi küydən ayırmayanların öz səsi ola bilməz! Həmişə küyə gedəcəklər, küyə!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri