Icma.az
close
up
RU
Səslər tutulur: Rusiya qələbənin yeganə favoritidir

Səslər tutulur: Rusiya qələbənin yeganə favoritidir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bayden Trampa çox ağır miras qoyub gedir


Raket razılaşması Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil


  ABŞ hərbi yardımı azaldarsa, Ukrayna məğlub ola bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, hər şeyə rəğmən, mübarizə aparmağa davam edəcəklər: "Öz istehsalımız var, amma qalib gəlmək üçün kifayət etmir. Düşünürəm ki, bu, sadəcə salamat qalmaq üçün yetərli deyil. ABŞ-nin bir qərarı olarsa, nə düşünəcəyimizi müəyyən edəcəyik”. Ukraynada müharibənin 1000-ci günündə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Bu qərar Kiyevin Rusiya ərazisində ilk dəfə uzaqmənzilli raketlərdən istifadə etməsinə cavab kimi dəyərləndirilir. Yenilənmiş doktrinada Rusiyaya qarşı hər hansı təcavüzün Kreml tərəfindən bütün koalisiyanın ona qarşı təcavüzü kimi qiymətləndirildiyi məqam da var. Doktrinanın əvvəlki variantında nüvə zərbəsi yalnız dövlətin mövcudluğuna təhlükə yarandıqda nəzərdə tutulurdu. Yenilənmiş versiya suverenlik və ya ərazi bütövlüyü üçün kritik təhlükə təşkil edən təcavüzə cavab verməyə imkan yaradır. Məlumat üçün əlavə edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazilərinə raket zərbəsi endirməsinə razılıq verib. 


  Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukrayna Rusiyanın arxa cəbhə dərinliklərinə raketlərlə zərbə endirsə belə, bu, Ukraynanın ərazisindəki Rusiyanın nəzarət zolağına əhəmiyyətli təsir göstərməyəcək. Onun sözlərinə görə, Rusiyaya məhdud səviyyəli zərbələr endirilməsi üçün icazə verilməsinin məqsədi sadəcə Kurskda vəziyyəti donmuş cəbhə xətti kimi saxlamağa nail olmaqdır:


 "Lakin bu, Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil. ABŞ  "xüsusi və məhdud” döyüş sahəsi effekti yaratmaq məqsədilə Ukraynaya icazə limiti tətbiq edir, lakin bu, müharibənin gedişatını dəyişə bilməyəcək. ABŞ, Böyük Britaniya və Fransanın məqsədləri Şimali Koreyanın Ukraynaya qarşı qoşun yerləşdirilməsinin genişlənməsini sarsıtmaq niyyətindədir. Rusiya və Şimali Koreya NATO-nun genişlənmə siyasətinin Avropa səhnəsinə qarşı çıxaraq prosesə müttəfiq kimi daxil olur. Bu, gələcəkdə Rusiya-Çin-Şimali Koreya-İran dördlü ittifaqının NATO əleyhinə aqressiv tərəfdaşlıq müstəvisini stimullaşdıra bilər". 


  A.Kərimovun fikrincə, Co Bayden administrasiyasının, Böyük Britaniya ilə Fransanın Ukraynaya izn verməsi Donald Trampın daha təhlükəli qlobal situasiyaları miras alacağını deməyə əsas verir:

 "Yəni Tramp Rusiya ilə müzakirə kanallarına üstünlük versə də, o, Şimali Koreya, Çin və İranın Avropadakı iştirakına göz yummayacaq. Bununla da, ABŞ-Rusiya əlaqələrindəki mübahisələr yeni kontekstdə alovlanacaq. Eskalasiya riskləri vəziyyətin Asiya-Sakit Okeanı regionuna daşınmasını sürətləndirəcək və ABŞ bu regionda ən çox Çinlə üz-üzə gələcək. Belə olduğu təqdirdə ABŞ Çin ilə müzakirə masasında Tayvanı "qurban verə" bilər". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri