Icma.az
close
up
RU
Səssiz düşmən: Gənclərin görünməyən dərdi bu imiş… DİQQƏT!

Səssiz düşmən: Gənclərin görünməyən dərdi bu imiş… DİQQƏT!

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər gənclər arasında geniş yayılan panik atak, qəfil başlayan və şiddətli qorxu ilə müşayiət olunan narahatlıq vəziyyətidir. Gərgin həyat tərzi, psixoloji təzyiqlər və gələcək qorxusu bu halın əsas səbəblərindəndir. Panik atak gənclərin gündəlik həyatına ciddi təsir edir və tez-tez fiziki xəstəliklərlə qarışdırılır. Bəs çıxış yolu nədir?

Həkim, nevroloq Rəna Abbasova bu haqda “Yeni Sabah”a danışıb:

“İlk öncə ondan başlayaq ki, gənclərin panik ataq adlandırdıqları problem həqiqətən budurmu? Panik ataq nədir? Heç bir səbəb olmadan, insanın normal həyat məşğuliyyətlərini icra etdiyi zaman ürək döyünməsi, döş qəfəsində ağrı, soyuq tər basması, arterial təzyiqin bəzən artması, enməsi, təşviş, qorxu, tez yardım axtarmaq istəyinin yaranmasıdır. Heç bir səbəb olmadan bu hal baş verir və 15-20 dəqiqə davam edir. Həmin an xəstə həddən artıq həyəcan içində olur və həkimə müraciət edir, təcili yardım çağırılmasını tələb edir, yanındakı insanlardan kömək istəyir və dərhal öləcəyini düşünür. Belə xəstələr daha çox insan olan yerlərə gedir və evlərini belə tibb məntəqələri olan yerlərə yaxın seçirlər”. 

Həkim vurğulayır ki, digər hallar, yəni gənclərin panik ataq adlandırdıqları əslində həqiqi deyil:

“İmtahan, yaxud iş stresi gənclərdə həyəcan, qorxu ilə bərabər məsuliyyət hissi də yaradır. Bütün bu faktorlardan normal olmayan bir təşviş hissi yaranır ki, gənclər bu əlamətləri axtaranda qarşılarına panik ataq xəstəliyi çıxır. Bu sadəcə olaraq həyəcan simvoludur. Gənclər situasiyaya uyğun olaraq imtahan qabağı, yaxud intervyu öncəsi mövcud rəqabəti hiss edərək təşvişə düşürlər. Haradasa özünü göstərmək və tanıtmaq istəyi və bunun yetərsiz olması düşüncəsi gənclərdə bir həyəcana səbəb ola bilir. Bu ikisi tamamilə fərqlidir. 

Belə olan hallarda gənclər düzgün yönləndirilərsə, yaxud psixoloji yardım alarsa, daha düzgün olar. Onlar informasiyanı xəstəlik olaraq qəbul etməməlidirlər”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri