Icma.az
close
up
RU
Səssiz düşmən: Gənclərin yaddaş və diqqət PROBLEMİ

Səssiz düşmən: Gənclərin yaddaş və diqqət PROBLEMİ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Son illərdə gənclərdə yaddaş və diqqət problemləri daha çox yaşanır”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, yaddaş problemi çox ciddi məsələdir:

“Əslində, istisnalar xaric olmaqla, 65 yaşa qədər yaddaş problemi olmur. Lakin gənclərdə müşahidə olunan əsasən yaddaşsızlıq deyil, diqqətsizlikdir. Nəzərə almaq lazımdır ki, insanlar diqqət etdiklərini daha yaxşı yadda saxlayırlar. Hər bir şəxs maraq göstərdikləri yaddaşına həkk olunur. 

Gənclər isə hər şeyə maraq göstərmir və ya diqqət etmirlər. Ümumiyyətlə, yaddaş diqqətdən sonra gəlir. Əgər biz diqqət edib nəyisə görmürüksə, onu yadda saxlaya bilmərik. Yəni bu bir idrak prosesidir. Ona görə də diqqət olmadan yaddaş olmaz”.

Psixoloq gənclərin diqqət problemi yaşamasının səbəblərindən də danışıb:

“Bəzi gənclərdə maraqsızlıq və məsuliyyətsizlik var. Gənclərin asudə vaxtlarını düzgün bölə bilməməsi, özlərini yükləməsi və sosial şəbəkələrdə boş yerə çox vaxt itirmələri diqqətlərinin yayınmasına gətirib çıxarır.

Beyin yorulanda lazım olan məsələlərə diqqət göstərə bilmir. Məsələn, gün ərzində həddindən çox sosial şəbəkələrdə lazımsız videoları izləyən gəncin dərs oxuması çətinləşəcək. Üstəlik, beyin lazımsız informasiyalarla dolduğu üçün də lazımlı məlumatları yaddaşında saxlaya bilmir”.

Ekspert qeyd edib ki, beyin yorğunluğu gənclərdə diqqət və yaddaş probleminə səbəb olur:

“Gənclərin yaşadıqları emosional dəyişikliklər və psixoloji vəziyyətləri də bu problemlərə təkan verir. Emosional yorğunluq və ya sosial problemlər də buna təsir edir. Hətta insan ac olanda vacib informasiyalara lazımi diqqəti verə bilmir.

Ona görə də qidalanmağa fikir vermək lazımdır. Xüsusilə qazlı, spirtli və energetik içkilərdən uzaq durmaq, eləcə də düzgün qidalanma rejiminə əməl etmək tövsiyə olunur. Məsələn, beyin və yaddaş üçün qoz yemək çox faydalıdır. Bundan başqa, oksigen çatışmazlığı da beyinə mənfi təsir göstərir”.

İlhamə Mustafayeva onu da diqqətə çatdırıb ki, yuxu rejiminə də diqqət etmək vacibdir:

“Gün ərzində ən azı 8 saat yatmaq lazımdır. Yəni burada gündüz deyil, gecə yatmaqdan söhbət gedir. Gündüz yatılan yuxu sayılmır. Lakin əksər gənclər gecə 3-ə qədər sosial şəbəkələrdə mənasız videolara baxaraq vaxt keçirir və ya boş-boş mesajlaşırlar. Belə insanların səhər nəyəsə diqqət göstərməsi çətinləşir”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Gənclər yaddaş diqqətsizlik problem

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri