Icma.az
close
up
RU
Səssiz inkişaf edir, gənclərdə də yayılır PSA testi erkən diaqnozun açarıdır

Səssiz inkişaf edir, gənclərdə də yayılır PSA testi erkən diaqnozun açarıdır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişilər arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olan prostat xərçəngi artıq təkcə yaşlılarda deyil, gənc yaş qruplarında da müşahidə olunur. Mütəxəssislər xəstəliyin əksər hallarda erkən mərhələdə əlamətsiz irəlilədiyini və məhz bu səbəbdən gec diaqnoz riskinin yüksək olduğunu bildirirlər. Uroloji və uroonkologiya üzrə mütəxəssis Prof. Dr. Can Öbekin sözlərinə görə, vaxtında aparılan müayinələr həyat qurtara bilər.
Demokrat.az xəbər verir ki, prostatın kişi reproduktiv sisteminə aid vəz olduğunu xatırladan Prof. Dr. Can Öbek qeyd edir ki, bu vəzin hüceyrələrindən inkişaf edən xərçəng bir çox ölkədə kişilərdə ən geniş yayılmış orqan xərçəngidir. Onun sözlərinə görə, xəstəlik prostat daxilində məhdudlaşdığı mərhələdə aşkarlanarsa, müalicədə tam uğur əldə etmək mümkündür. Lakin erkən simptomların olmaması səbəbindən bəzi hallarda diaqnoz gec qoyulur və bu da müalicə imkanlarını azaldır.
Mütəxəssis 40 yaşdan sonra PSA testinin və prostat müayinəsinin müntəzəm aparılmasının vacibliyini vurğulayır. Prof. Dr. Can Öbek bildirir ki, PSA testi həm mövcud vəziyyəti qiymətləndirməyə, həm də gələcək riskləri müəyyənləşdirməyə imkan verir. Şübhəli hallarda isə qəti diaqnoz prostat biopsiyası ilə təsdiqlənir.
Son illərdə prostat xərçənginin müalicəsində texnoloji yeniliklər geniş tətbiq olunur. Prof. Dr. Can Öbekin sözlərinə görə, robotik cərrahiyyə açıq əməliyyatların yerini böyük ölçüdə alıb. Bununla yanaşı, orqanla məhdudlaşmış hallarda fokal – yəni bölgəsəl müalicə üsulu daha çox tətbiq edilməyə başlayıb. Bu metod zamanı prostatın tamamı deyil, yalnız xərçəngli sahə və ətraf təhlükəsizlik zonası hədəfə alınır, sağlam toxumalar isə qorunur.
Mütəxəssis qeyd edir ki, fokal müalicə xüsusilə tək ocaqlı və orta dərəcədə aqressiv şişlər üçün uyğun hesab olunur. Prosedur adətən 60-90 dəqiqə davam edir, kəsik aparılmadan həyata keçirilir və pasiyent qısa müddətdə evə buraxıla bilir. Bu yanaşmanın əsas üstünlüyü sidik qaçırma və erektil disfunksiya kimi yan təsirlərin daha az müşahidə edilməsidir.
Prof. Dr. Can Öbek beynəlxalq elmi məlumatlara istinad edərək bildirir ki, fokal müalicə tətbiq edilən xəstələrin böyük əksəriyyətində uzunmüddətli nəticələr qənaətbəxşdir. Onun fikrincə, yaxın illərdə uyğun pasiyentlər üçün prostatın tam çıxarılması əvəzinə bölgəsəl müalicə yanaşması daha geniş tətbiq oluna bilər.
Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 03:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri