Icma.az
close
up
RU
Gənclərdə 4 qat artan səssiz təhlükə 5 amilə diqqət

Gənclərdə 4 qat artan səssiz təhlükə 5 amilə diqqət

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-da aparılan genişmiqyaslı araşdırma apendiks xərçəngi hallarının gənc nəsillər arasında 4 dəfəyə qədər artdığını ortaya qoyub. 

Qaynarinfo xəbər verir ki, bənzər siqnallar artıq əksər ölkələrdən gələn məlumatlarda da müşahidə olunmağa başlayıb. Bağırsaqların bir kənarında səssizcə duran bu kiçik orqan niyə birdən təhlükəyə çevrilib? Mütəxəssislər artımın arxasındakı 5 əsas səbəbi və diqqət yetirilməli əlamətləri açıqlayaraq həyati xəbərdarlıqlar ediblər.

Araşdırma Vanderbilt Universiteti Tibb Mərkəzinin alimləri tərəfindən aparılıb və "Annals of Internal Medicine” jurnalında dərc olunub. Mütəxəssislər ABŞ Milli Xərçəng İnstitutunun müşahidə, epidemiologiya və nəticələr proqramına dair məlumatları təhlil edərək, 1976-1984-cü il təvəllüdlü şəxslərdə apendiks xərçəngi hallarının 3, 1981-1989-cu il təvəllüdlülərdə isə 4 dəfə artdığını müəyyən ediblər.

Narahatlıq doğuran göstəricilər

Tədqiqatın aparıcı müəllifi Dr. Andreana Holovati deyib: "Nəsillər boyunca apendiks xərçəngində müşahidə etdiyimiz bu narahatedici göstəricilər və bu xəstələrin üçdə birinin 50 yaşdan əvvəl diaqnoz alması, cəmiyyətin bu xərçəngin əlamətləri və simptomları barədə məlumatlandırılmasının nə qədər vacib olduğunu göstərir".

O, həmçinin qeyd edib ki, apendiks xərçəngini istisna etmək və ya erkən mərhələdə aşkar etmək xəstəliyin gedişatı baxımından həlledici əhəmiyyət daşıyır.

Niyə bir anda artmağa başladı?

Tibbi onkoloq professor Dr. Özlem Er bildirib ki, bu diqqətçəkici artım apendiks xərçəngi kimi nadir rast gəlinən bir xərçəng növündə baş verdiyi üçün xüsusilə vacibdir: "1976-1989-cu illərdə doğulan şəxslərdə halların 3-4 dəfə artması bu tendensiyanın təsadüf olmadığını göstərir".

Bu 5 amil böyük rol oynamış ola bilər

Artımın mümkün səbəblərinə toxunan professor Dr. Özlem Er aşağıdakı beş faktoru vurğulayıb:

1. Mikrobiom dəyişiklikləri: Müasir həyat tərzi (qidalanma, antibiotik istifadəsi, qeysəriyyə doğumların artması, gigiyena nəzəriyyəsi) bağırsaq mikroflorasını dəyişir. Bu dəyişikliklər apendiks toxumasında iltihab və şişlərin inkişafına səbəb ola bilər.

2. Qidalanma vərdişləri: Yüksək emal olunmuş qida (salam, sosiskalar), qırmızı ət və az lifli qidalanma mədə-bağırsaq sistemi xərçənglərinin riskini artırır.

3. Piylənmə və az hərəkətli həyat tərzi: Bu faktorlar yoğun bağırsaq xərçəngi ilə əlaqəlidir və apendiks xərçəngində də oxşar risklər yaradır.

4. Hormon və endokrin pozuntular: Bəzi apendiks xərçəngi növləri (xüsusilə neyroendokrin şişlər) endokrin sistemlə bağlıdır. Hormonal məhsulların istifadəsi və ətraf mühitdə estrojenə məruz qalma da təsir göstərə bilər.

5. Genetik və epigenetik amillər: Epigenetik dəyişikliklər ətraf mühit təsirləri ilə nəsildən-nəslə ötürülə bilər. Apendiks xərçəngi ilə əlaqəli genetik mutasiyalar yeni nəsillərdə daha tez-tez baş qaldıra bilər.

Türkiyədə də artım müşahidə olunur

"Türkiyədə apendiks xərçəngi ümumilikdə nadir rast gəlinən bir xərçəng növü olsa da, bəzi tədqiqatlarda müxtəlif nisbətlər bildirilib”, deyə Dr. Özlem Er qeyd edib.

Bezmialem Fondu Universiteti Xəstəxanasında 2011-2017-ci illər arasında keçirilən 3 554 apendektomi əməliyyatı nəticəsində 28 apendiks neoplazması (xərçəng daxil) aşkar edilib - bu, təqribən 0,78% təşkil edir.

Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında 2007-2017-ci illərdə 4 813 apendektomi əməliyyatında 15 apendiks şişi aşkarlanıb - bu isə 0,31%-lik göstəricidir.

Bu nəticələr apendiks xərçənginin ölkədə görülmə tezliyinin dünya ortalamaları ilə uyğun olduğunu göstərir. Lakin bu göstəricilər xəstəxanaya görə dəyişə bilər və daha geniş epidemioloji araşdırmalara ehtiyac var.

2000-ci illərlə müqayisədə daha çox rast gəlinir

Türkiyədə fəaliyyət göstərən qastroenteroloq Dr. Fuad Cəfərov bildirib ki, Türkiyədə apendiks xərçəngi ilə bağlı məlumatlar məhduddur, lakin ümumi mədə-bağırsaq xərçənglərində 50 yaşdan aşağı diaqnozların artması müşahidə olunur.

O qeyd edib ki, xüsusilə yoğun bağırsaq və mədə xərçənglərində gənc yaşda diaqnoz halları artıb. Türkiyə Xərçəng Statistikalarında apendiks xərçəngi ayrıca göstərilməsə də, patologiya hesabatları və böyük universitet xəstəxanalarının onkoloji arxivlərində bu diaqnoza 2000-ci illərə nisbətən daha çox rast gəlindiyi bildirilir.

Bu əlamətlərə diqqət!

Apendiks xərçəngi əksər hallarda heç bir əlamət vermədən, başqa səbəblərlə aparılan əməliyyat və ya görüntüləmə zamanı təsadüfən aşkarlanır. Amma bəzi hallarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:

* Sağ aşağı qarın nahiyəsində təkrarlayan ağrı (əksər hallarda kəskin apendisitlə qarışdırılır). Əgər ağrı təkrarlanırsa və klassik apendisit kimi inkişaf etmirsə, diqqət edilməlidir.

* Qarında şişlik və dolğunluq hissi, xüsusilə şiş böyükdürsə və qarın pərdəsinə yayılıbsa.

* İştahsızlıq və arıqlama – şiş böyüdükcə sistemik əlamətlər artar.

* Bulantı, qusma, bağırsaq tıxanıqlığı əlamətləri və bəzən ginekoloji pozuntularla qarışdırıla biləcək şikayətlər.

Nə zaman şübhələnmək lazımdır?

Prof. Dr. Özlem Er qeyd edir ki, bu xərçəng nadir və gizli olduğu üçün əvvəlcədən şübhələnmək çətindir, lakin aşağıdakı hallarda diqqətli olmaq lazımdır:

* Sağ alt qarın nahiyəsində təkrarlayan ağrı (klassik apendisitə bənzəmir)

* Apendisit əməliyyatı sonrası patologiyada şiş aşkarlanması

* Qarında izaholunmaz kütlə və ya maye toplanması

* 40 yaşdan yuxarı şəxslərdə kəskin apendisit halları

Ölümcül ola bilərmi?

"Apendiks xərçəngi irəliləmiş mərhələlərdə ölümcül ola bilər. Erkən mərhələdə diaqnoz qoyulan xəstələrdə 5 illik sağ qalma faizi 60–70 civarındadır, lakin gec mərhələlərdə bu göstərici 10%-ə qədər düşür", deyə Dr. Fuad Cəfərov bildirib.

Fuad Cəfərov onu da qeyd edib ki, bu xərçəng qarın pərdəsinə (periton) yayılaraq qarında maye toplanmasına (assit), bağırsaq tıxanıqlığına səbəb ola bilər və müalicə edilməzsə, pis proqnozla irəliləyir.

Müalicə üsulu necədir?

Dr. Holovati və Dr. Cəfərov bildirirlər ki, hazırda apendiks xərçəngi üçün standart skrininq testi yoxdur. Ona görə də erkən diaqnoz çətindir. Müalicə isə aşağıdakı üsullarla aparılır:

* Cərrahi müdaxilə ilə apendiks çıxarılır, bəzən ətraf toxumalar da alınır.

* İrəliləmiş mərhələlərdə qarın pərdəsinə yayılma varsa, sitoredüktiv cərrahiyyə və HIPEC (qızdırılmış qarın içi kimyaterapiya) tətbiq olunur.

* Bəzi hallarda kimyaterapiya da tələb oluna bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri