Icma.az
close
up
RU
Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.

Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T3 və T4 hormonları maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Bu hormonlar enerji sərfiyyatı, böyümə və inkişaf, tənəffüs və digər mühüm proseslərə təsir göstərir.

Türkiyəli professor Hakan Yabanoğlu tiroid xərçəngi hallarının son illərdə artdığını bildirib. Onun sözlərinə görə, xəstəliyin yaranmasında genetik meyillilik mühüm amillərdən biridir.

Xüsusilə ailəsində tiroid xərçəngi olan şəxslərin daha diqqətli olması tövsiyə edilir. Uşaqlıq və ya gənclik dövründə baş-boyun nahiyəsinin radiasiyaya məruz qalması da xəstəliyin məlum risk faktorları arasında göstərilir.

Tiroid xərçəngi çox vaxt səssiz inkişaf etdiyi üçün xəstələr əksər hallarda boyun nahiyəsində hiss etdikləri kütlə ilə bağlı həkimə müraciət edirlər. Boynun ön və ya yan hissəsində yeni yaranan şişkinlik, getdikcə böyüyən düyün və ya sərt struktur mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Boğaz ağrısı və öskürək isə hər zaman tiroid xərçənginə işarə etmir. Lakin nadir hallarda səs tellərinə yaxın nahiyədə yaranan şişlər davamlı səs tutulmasına səbəb ola bilər.

Xəstəliyin qiymətləndirilməsində fiziki müayinə və ultrasəs müayinəsi mühüm yer tutur. Ultrasəs zamanı tiroid vəzindəki düyünlərin ölçüsü, quruluşu və şübhəli xüsusiyyətləri araşdırılır. Zəruri hallarda biopsiyası da aparıla bilər.

Tiroid xərçəngi təsdiqləndikdə müalicə xəstəliyin növü və mərhələsinə, şişin ölçüsünə və yayılma vəziyyətinə uyğun müəyyənləşdirilir. Bir çox hallarda əsas müalicə üsullarından biri cərrahi müdaxilədir. Əməliyyat zamanı tiroid vəzinin bir hissəsi və ya tamamı çıxarıla bilər.

Mütəxəssislər bildirirlər ki, hər kəs üçün müəyyən edilmiş standart tiroid xərçəngi skrininq yaşı yoxdur. Bununla belə, ailəsində xəstəlik keçmişi olan şəxslərin həkim nəzarətində olması vacibdir.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Sentyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri