Icma.az
close
up
RU
Səssiz irəliləyən təhlükə: Bu xərçəng növü gəncləri də hədəf alır

Səssiz irəliləyən təhlükə: Bu xərçəng növü gəncləri də hədəf alır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyada hər il təxminən 2 milyon insanda kolon xərçəngi aşkarlanır və bu xəstəlik artıq yalnız yaşlılara xas problem hesab olunmur. Onkoloq Özlem Sönmez bildirir ki, son illərdə 40 yaşlılar və hətta daha gənc şəxslər arasında da bu xəstəliyə daha tez-tez rast gəlinir. Həkimin sözlərinə görə, piylənmə, hərəkətsiz həyat tərzi və sürətli qidalanma vərdişləri bu artımın əsas səbəbləri sayılır.
Demokrat.az xəbər verir ki, kolon xərçəngi dünyada ən çox ölümə səbəb olan xərçəng növləri arasında ikinci sıradadır. Bu xəstəlik uzun müddət hər hansı əlamət vermədən inkişaf edə bildiyi üçün xüsusilə təhlükəli sayılır. Ekspertlər qeyd edir ki, müntəzəm müayinələr və həyat tərzində dəyişikliklər xəstəliyin qarşısını almaqda mühüm rol oynayır.
Kolonoskopiya zamanı aşkar edilən poliplərin xərçəngə çevrilmədən çıxarılması riski əhəmiyyətli dərəcədə azaldır.
Səhiyyə qurumlarının tövsiyələrinə görə, 50-70 yaş arası şəxslər hər iki ildən bir nəcisdə gizli qan testi etdirməlidir. Bundan əlavə, hər 10 ildən bir kolonoskopiya müayinəsindən keçmək məsləhət görülür. Heç bir şikayət olmasa belə bu yoxlanışlar həyat qurtara bilər. Xüsusilə dəmir çatışmazlığı, qanazlığı və nəcisdə qan kimi hallara diqqətlə yanaşmaq tövsiyə edilir.
Mütəxəssislər bildirir ki, ailə faktorunun da böyük rolu var. Ailəsində kolon xərçəngi olan şəxslərdə xəstəliyə tutulma riski digər insanlarla müqayisədə 2-4 dəfə yüksəkdir. Əgər yaxın qohumlarda gənc yaşda bu diaqnoz qoyulubsa, risk qrupuna daxil olan şəxslər müayinələrə daha erkən başlamalıdır. Belə hallarda kolonoskopiyanın 40 yaşdan və ya ailə üzvünə diaqnoz qoyulan yaşdan 10 il əvvəl aparılması tövsiyə edilir.
Həkimlər aşağıdakı əlamətlər müşahidə olunduqda vaxt itirmədən tibbi müayinəyə müraciət etməyi vacib sayır: nəcis ifrazı vərdişlərində uzunmüddətli dəyişiklik, nəcisdə və ya düz bağırsaqda qanama, səbəbsiz çəki itkisi və davamlı halsızlıq, qarın nahiyəsində ağrı və şişkinlik.
Qeyd edək ki, xəstəlik erkən mərhələdə aşkar edildikdə tam sağalma mümkündür. Müasir tibbdə tətbiq olunan immunoterapiya və hədəflənmiş dərmanlar isə müalicə imkanlarını daha da genişləndirir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Mart 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri